“Avropa yox olacaq” –İlon Mask

Mask
Mask

Avropada doğum səviyyəsi artmasa, qitə “yox” olacaq.

Bu barədə amerikalı milyarder və sahibkar İlon Mask “X” sosial şəbəkəsində yazıb.

İş adamı bu sözlərlə Şotlandiyada ölənlərin və doğulanların sayı ilə bağlı statistikaya istinad edən amerikalı senator Mayk Linin ismarışına cavab verib. Senatorun sözlərinə görə, bu ilin yanvar-iyul aylarında ölkədə 26,3 min nəfər doğulub, ölənlərin sayı isə 35,2 min nəfər olub.

“Franceinfo” telekanalı Fransa Milli Statistika İnstitutunun (INSEE) hesabatına istinadən iyulun 23-də bildirib ki, Fransada bir il ərzində ölənlərin sayı 1945-ci ildən indiyədək ilk dəfə olaraq doğulanların sayını üstələyib. “Franceinfo”nun məlumatına görə, mənfi tendensiya INSEE tərəfindən 2035-ci il üçün proqnozlaşdırılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.