Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Rusiya İrana Ukrayna müharibəsində istifadə etdiyi silahı satır – 90 qurğu sifariş edilib

User 05 Noyabr 2026 - 16:42
raket rus

Rusiya İrana Ukraynaya qarşı müharibədə istifadə etdiyi yüngül çoxməqsədli idarə olunan raketlər (LMUR) üçün 90 ədəd buraxılış qurğusu tədarük etməyə razılıq verib.

Bu barədə Financial Times Rusiya müdafiə sənayesi müəssisəsinin istehsal sənədlərinə istinadən məlumat yayıb.

Əldə olunan məlumatlara görə, 2024-cü ilin mayında raket və buraxılış sistemlərinin istehsalçısı olan “Vımpel” şirkəti Maşınqayırma Konstruktor Bürosuna (KBM) məktub göndərərək iki növ qurğu – APU-L və APU-305 üçün komponentlərin tədarükünün sürətləndirilməsini tələb edib.

Şirkət xəbərdarlıq edib ki, gecikmələr doqquz müqavilənin icrasının pozulması riski yaradır. Həmin müqavilələrdən ikisi xarici alıcılarla bağlanıb. Onlardan biri 192 ədəd APU-305 qurğusu sifariş edən Çin olub. İkinci alıcı isə sənədlərdə “K-10” kodu ilə göstərilib. Bu sifarişçiyə 90 ədəd APU-L qurğusunun satılması planlaşdırılıb. Rusiyanın digər müdafiə sənədlərində həmin kodun arxasında İranın dayandığı bildirilir.

Hər iki sistem “İzdeliye 305” adı ilə də tanınan LMUR raketlərinin buraxılması üçün istifadə olunur. Bu, kiçik və hərəkətdə olan hədəfləri vura bilən yüksək dəqiqlikli silahdır. Raket ilk dəfə 2021-ci ildə “Ordu” sərgisində nümayiş etdirilib, 2022-ci ildə isə Rusiya ordusunun silahlanmasına daxil edilərək Ukraynaya qarşı müharibədə tətbiq olunmağa başlanıb.

Buraxılış qurğuları helikopterlərdə yerləşdirilir. APU-L Mi-28 zərbə helikopterləri və modernləşdirilmiş Ka-52-lər üçün nəzərdə tutulub. Bu qurğu iki raket daşıya bilir, APU-305 isə bir raket üçün nəzərdə tutulub.

Sənədləri nəşrə təqdim edən Ukraynanın özəl kəşfiyyat təşkilatı Dallas Analytics-in nümayəndəsi bildirib: “Bu raket pilotsuz uçuş aparatından xeyli sürətlidir. Saniyədə təxminən 230 metr sürətlə hərəkət edərək 14 kilometrlik məsafəni təxminən bir dəqiqəyə qət edir”. Onun sözlərinə görə, operator uçuş zamanı LMUR raketini hədəfə yönəldə bilir.

Bununla belə, sənədlər İrana göndərilməsi nəzərdə tutulan buraxılış qurğularının sonradan həqiqətən istehsal edildiyini və sifarişçiyə təhvil verildiyini təsdiqləmir. Sifarişin mövcudluğu barədə məlumat da indiyədək açıq şəkildə yayılmayıb.

AzPost.az

Post navigation

Previous: Radio və televiziya əməkdaşları təltif olundu – SƏRƏNCAM / SİYAHI
Next: Neftin qiyməti 20 faiz ucuzlaşdı – İranla sülh razılaşması gözləntiləri artır

Oxşar xəbərlər

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
qaz kemeri
  • Dünya

ABŞ-ın təzyiqi ilə Türkiyə Türkmənistan qazından imtina edib

User 06 Noyabr 2026 - 20:36

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.