Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • İqtisadiyyat
  • ÖZƏL

Xaricə köçən borclu krediti ödəməsə nə baş verir?

Orkhan Ali 01 Sentyabr 2025 - 10:17 (Last updated: 18 Oktyabr 2025 - 15:42)
Kredit

Kredit

Banklardan kredit götürüb ölkəni tərk edən, sonra isə ödənişdən yayınan şəxslərlə bağlı suallar artmaqdadır. AzPost xəbər verir ki, belə hallarda məsələ ilk növbədə mülki məsuliyyət çərçivəsində qiymətləndirilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsinə görə, müqavilə öhdəliklərinin icra olunmaması müqavilə pozuntusu sayılır. Kredit ödənişi gecikdirildikdə bank məhkəməyə müraciət edə və Mülki Məcəllənin 422-ci maddəsinə əsasən, borcludan əsas borcu, faizləri, dəbbə pulunu və digər cərimələri tələb edə bilər.

Məhkəmə qərarı qüvvəyə mindikdən sonra icra mərhələsi başlayır. “İcra Haqqında” Qanuna görə, borclunun əmlakı və bank hesabları üzərinə həbs qoyula bilər. Şəxs ölkəyə qayıtdıqda isə səyahət qadağası və digər icra məhdudiyyətləri ilə üzləşə bilər.

Sadəcə borcu ödəməmək cinayət əməli sayılmır. Lakin əgər şəxs kredit götürərkən saxta sənəd təqdim edib və ya bankı qəsdən aldatmaqla vəsait əldə edibsə, bu halda məsələ artıq Cinayət Məcəlləsinin 178-ci maddəsi (Dələduzluq) ilə araşdırıla bilər. Bundan başqa, məhkəmə qərarını qəsdən icra etməyən şəxslər Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə də məsuliyyətə cəlb oluna bilərlər.k

Qeyd edək ki, mülki borca görə şəxsin Interpol xətti ilə axtarışa verilməsi mümkün deyil. Bu yalnız cinayət işi açıldığı və məhkəmənin həbs-qətimkan tədbiri seçdiyi halda baş tuta bilər.

Xatırladaq ki, xaricə köçmək borcdan azad etmir. Belə ki, borclar silinmir, əksinə illər keçdikcə faiz və dəbbə pulu artır. Bankın əldə etdiyi məhkəmə qərarı isə müddətsiz olaraq qüvvədə qalır və borclu ölkəyə qayıtdığı zaman tam şəkildə icra olunur.

AzPost.az

Post navigation

Previous: Ali məktəblərin boş qalan yerlərinə qəbul bu gün başa çatır
Next: Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

Oxşar xəbərlər

bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 16 Noyabr 2026 - 09:20
Pensiya
  • İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

User 13 Noyabr 2026 - 12:09
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37

xƏBƏR

bank
  • Sosial

500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı

User 16 Noyabr 2026 - 16:36
Gələn ildən banklarda milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz gəlirlərinin vergiyə cəlb olunması gündəmə gələ bilər. Söhbət...
Read more about 500 manat əmanət gəlirinin 300 manatı vergiyə düşə bilər – Deputat açıqladı
Hörmüzdə yeni təhlükə: Tankerlər minaya düşür, neftin qiyməti necə dəyişəcək? hormuz
  • Dünya

Hörmüzdə yeni təhlükə: Tankerlər minaya düşür, neftin qiyməti necə dəyişəcək?

User 16 Noyabr 2026 - 16:14
Gürcüstan və Rusiya arasında ilk görüş keçiriləcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya arasında ilk görüş keçiriləcək

User 16 Noyabr 2026 - 16:02
Bakıda “Kişmiş” restoranı yanır – VİDEO restoran yan
  • Sosial

Bakıda “Kişmiş” restoranı yanır – VİDEO

User 16 Noyabr 2026 - 15:31
Endirimlər bizi necə aldadır? – Alış-verişdə tətbiq edilən 5 psixoloji tələ market
  • Sosial

Endirimlər bizi necə aldadır? – Alış-verişdə tətbiq edilən 5 psixoloji tələ

User 16 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.