Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Özünü şairə kimi təqdim edən İlhamə Elşadqızı ev dustaqlığına buraxılmadı

User 03 Sentyabr 2025 - 13:41 (Last updated: 03 Sentyabr 2025 - 13:41)
ilhame sair
Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın (Elşadqızı) cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İlhamə Əskərovanın mənzilində yoxlama aparan polis əməkdaşlarından daha bir nəfəri ifadə verdikdən sonra müdafiə tərəfi onun ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət qaldırıb.
Müşavirədən sonra vəsatətin əsassız olduğu bildirilərək təmin edilməyib.
Vəkilin növbəti vəsatəti isə İlhamə Əskərovanın anası Almaz Əskərovanın əlavə şahid kimi prosesdə dindirilməsi ilə bağlı olub.
Dövlət ittihamçısı buna etiraz etsə də, təqsirləndirilənin anasının prosesdə ifadə verməsi təmin olunub.
Almaz Əskərova ifadəsində bildirib: “Biz səhər-səhər evdəydik, birdən qapı döyüldü. Qapını açanda 5-6 nəfər girdi içəri. Girən kimi İlhaməni başladılar yoxlamağa. Məni çıxartdılar çölə, başladılar evi axtarmağa, mən də pəncərədən görürdüm. Sonra gördüm ki, qızımın əlləri qandallıdır”.
Növbəti iclas sentyabrın 17-nə təyin olunub.
Qeyd edək ki, “TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid, Emin və Rəşad Abdullayev qardaşları və digərləri saxlanılıblar. Onların barəsində həbs qərarı çıxarılıb.
İlhamə Elşadqızı aparıcı Azər Zahidin tiktokerlərin iştirakı ilə təşkil etdiyi müsabiqələrdə iştirakçı olub.

AzPost.az

Post navigation

Previous: Sabah yağış yağacaq, leysan olacaq
Next: Gürcüstan DTX-yə yeni sədr təyin olunub

Oxşar xəbərlər

haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34
turk vor zakon
  • Kriminal

Türkiyəli cinayətkar avtoritet Azərbaycanda saxlanıldı – FOTO

User 13 Noyabr 2026 - 11:16
Həbs
  • Kriminal

İtkin düşən 3 nəfər tapıldı, dələduzluğa görə axtarılanlar saxlanıldı

User 11 Noyabr 2026 - 10:38

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.