Gürcüstan DTX-yə yeni sədr təyin olunub

Gürcüstan parlamentinin bu gün keçirilən iclasında Baş nazir İrakli Kobaxidzenin təqdimatı əsasında ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) yeni sədr təyin edilib.

“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının icraçı katibi, parlament çoxluğunun rəhbəri deputat Mamuka Mdinaradze DTX-nin sədri vəzifəsinə təsdiqlənib.

Parlamentin 85 deputatı onun təyinatının lehinə səs verib.

M.Mdinaradze DTX rəisi vəzifəsini altı il müddətinə tutacaq.

Qeyd edək ki, M.Mdinaradze 2016-cı ildən Gürcüstan parlamentinin deputatı olub. Xatırladaq ki, DTX-nin keçmiş rəisi Anri Oxanaşvili bu ilin aprelində bu vəzifəyə təsdiqlənsə də, avqustun 23-də istefa verib. O, Gürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri postunu tutacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.