Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Əlilliyi olan şəxslərin sosial müdafiəsinə dəstək“ layihəsinə start verilib

User 12 Sentyabr 2025 - 09:07 (Last updated: 12 Sentyabr 2025 - 13:10)
el01

Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə dəstək“ layihəsi çərçivəsində  tədbirlərin icrasına başlayıb.

İlk tədbir Yardımlı rayonunda keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndəsi Şakir Kərimov, əlillər və şəhid ailələrinin üzvləri iştirak ediblər. Çıxış edən Şakir Kərimov mövzu ilə bağlı fikirlərini bildirib.

Layihə rəhbəri Xədicə Mikayılova çıxışına bildirib ki, əsas məqsəd əlilliyi olan şəxslərin sosial durumunun yaxşılaşdırılması, hüquqlarının daha yaxşı qavranılması, onların sosial müdafiə və iqtisadi təşviq mexanizmlərinə çıxış imkanlarının artırılmasıdır. Bu məqsədlə maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.

“Layihə 01 avqust – 31 oktyabr 2025-ci il tarixlərini əhatə edir və Yardımlı, Tərtər, Ağdam və Bərdə rayonlarında həyata keçiriləcək. Statistik məlumatlara əsasən, bu bölgələrdə əlilliyi olan şəxslərin sayı daha çoxdur.”

Daha sonra Xədicə Mikayılova  bildirib ki, iştirakçılara təqdim olunan qovluqlarda həmçinin əlilliyi olan şəxslərin malik olduqları imtiyazlar, dövlətin bu istiqamətdə qəbul etdiyi sərəncam və qərarlar barədə məlumatlandırıcı vərəqlər də yer alıb.

Çıxış edən gözdən əlilliyi olan Fərrəli Əliyev layihənin onlar üçün faydalı olduğunu vurğulayaraq minnətdarlığını bildirib: “Bu məlumatlandırıcı vərəqlər hər zaman masa üzərimizdə olacaq və bizə yol göstərəcək.” Digər iştirakçılar – Ədalət Qarayev, Fərrəddin Mirzəyev, Mayılxan Əliyev və başqaları da layihəyə dəstək göstərdiyinə görə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib, bir sıra problemlərin həllində dəstək istədiklərini qeyd ediblər.

Xədicə Mikayılova isə bildirdi ki, aidiyyəti qurumlara məktublar göndəriləcək və qaldırılan məsələlərin həlli istiqamətində addımlar atılacaq. Tədbir çay süfrəsi ətrafında davam edib.

 

AzPost.az

Post navigation

Previous: ABŞ “Tramp marşrutu” üçün Ermənistana 145 milyon dollar vermək istəyir
Next: Dollar bu gün neçəyədir? –

Oxşar xəbərlər

ramiz
  • Sosial

Ramiz Mehdiyev ona verilmiş cəzadan narazıdır – Şikayət verdi

User 18 Noyabr 2026 - 10:06
DIN
  • Sosial

Azərbaycanda bir gündə 62 nəfər saxlanıldı – 116 axtarışda olan şəxs tutuldu

User 18 Noyabr 2026 - 10:02
teyyare qeza rus
  • Sosial

Rusiyada “An-12” təyyarəsi qəzaya uğrayıb, 17 nəfər həlak olub

User 17 Noyabr 2026 - 19:20

xƏBƏR

putin cin
  • Dünya

Putin və Çin rəhbəri arasında danışıqlar başlayıb

User 18 Noyabr 2026 - 10:16
Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti...
Read more about Putin və Çin rəhbəri arasında danışıqlar başlayıb
Süni intellektlə dostluq insanları daha da tənha edir? – Alimlər təhlükədən danışdı suni intelekt is
  • Maraqlı

Süni intellektlə dostluq insanları daha da tənha edir? – Alimlər təhlükədən danışdı

User 18 Noyabr 2026 - 10:14
Hər gün yumurta yemək təzyiqi yüksəldir? – Alimlərdən açıqlama Yumurta
  • Maraqlı

Hər gün yumurta yemək təzyiqi yüksəldir? – Alimlərdən açıqlama

User 18 Noyabr 2026 - 10:07
Ramiz Mehdiyev ona verilmiş cəzadan narazıdır – Şikayət verdi ramiz
  • Sosial

Ramiz Mehdiyev ona verilmiş cəzadan narazıdır – Şikayət verdi

User 18 Noyabr 2026 - 10:06
Azərbaycanda bir gündə 62 nəfər saxlanıldı – 116 axtarışda olan şəxs tutuldu DIN
  • Sosial

Azərbaycanda bir gündə 62 nəfər saxlanıldı – 116 axtarışda olan şəxs tutuldu

User 18 Noyabr 2026 - 10:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.