Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Zərərli qidalar yaddaşa mənfi təsir göstərə bilər

User 12 Sentyabr 2025 - 21:18 (Last updated: 12 Sentyabr 2025 - 21:18)
fast fud

Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan alimlər xəbərdarlıq ediblər ki, doymuş yağlarla zəngin zərərli qidaların yaddaş və öyrənmə qabiliyyətinə zərər verməsi mümkündür. ABŞ-ın Çapel-Hill Şimali Karolina Universitetinin apardığı araşdırmaya görə, cəmi bir neçə gün bu cür qidalarla qidalanmaq beynin yaddaşa cavabdeh hissəsi olan hipokampı poza bilər.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, tədqiqat zamanı siçanlar üzərində aparılan təcrübələr göstərib ki, zərərli qida beyindəki hüceyrələri həddindən artıq aktivləşdirir. Bu hiperaktivlik daha əvvəl demans və Alsheymer kimi xəstəliklərlə əlaqələndirilib. Səbəb isə beynin əsas enerji mənbəyi olan qlükozanı istifadə edə bilməməsidir. Tədqiqatçılar bu problemdə “PKM2” adlı zülalın da rol oynadığını aşkarlayıblar.

Farmakologiya professoru Juan Song bildirib ki, hüceyrələrin çox qısa müddətdə fəaliyyətini dəyişməsi və bunun yaddaşa mənfi təsir göstərməsi onları təəccübləndirib.

Araşdırma, həmçinin göstərib ki, ultra emal olunmuş qidalar, məsələn, çizburger, kartof qızartması və s. təkcə yaddaşa yox, ümumi sağlamlığa da ciddi ziyan vura bilər. Bu cür qidalar ürək xəstəlikləri, insult, xərçəng və reproduktiv problemlərlə də əlaqələndirilir.

Bununla yanaşı, alimlər müəyyən pəhriz dəyişikliklərinin, o cümlədən aralıq orucun beyin hüceyrələrinin fəaliyyətini normallaşdıra biləcəyini müəyyən ediblər. Bu üsulun insanlar üçün də faydalı olub-olmadığını araşdırmaq üçün əlavə tədqiqatlara ehtiyac var.

Alimlər hesab edirlər ki, bu cür yanaşmalar gələcəkdə demans və Alsheymer xəstəliyinin qarşısının alınmasına kömək edə bilər.

AzPost.az

Post navigation

Previous: İsrail BMT-nin Fələstin dövləti ilə bağlı qətnaməsini rədd edib
Next: BMT-də 142 dövlət Fələstini dəstəklədi –

Oxşar xəbərlər

kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35

xƏBƏR

buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
Antarktidada yerləşən Tueyts buzlağının (“Qiyamət günü buzlağı”) altına okeanın isti suları bir neçə kilometr məsafədə nüfuz edir...
Read more about Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz
Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.