“İnformasiya Müharibələri: Tarixdən Bu Günə” sənədli filmi hazırlandı – VİDEO

“Tarix ideoloji cəbhədə” layihəsi çərçivəsində “İnformasiya Müharibələri: Tarixdən Bu Günə” adlı sənədli film hazırlanmışdır.

Film tamaşaçılara informasiya müharibələrinin tarixi köklərindən başlayaraq müasir dövrdə sosial şəbəkələr və rəqəmsal platformalar vasitəsilə aparılan ideoloji təxribatlara qədər geniş panoram təqdim edir. Sənədli filmdə müxtəlif dövrlərdə dövlətlərarası münasibətlərdə informasiyanın silah kimi istifadəsi, ictimai rəyi formalaşdırmaq üçün tətbiq olunan metodlar, XXI əsrdə isə hibrit hücumların və saxta xəbərlərin cəmiyyətlərə təsiri təhlil olunur. Bu sənədli film həmçinin Azərbaycan reallıqlarına toxunaraq, ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyaları, onların ifşa olunması yollarını nümayiş etdirir.

Filmin əsas məqsədi ictimaiyyətdə informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirməni gücləndirmək, xüsusilə gənclərə informasiya müharibələrinin mahiyyətini anladaraq, onları daha ayıq, həmçinin məsuliyyətli vətəndaş kimi formalaşdırmaqdır.

Qeyd etmək lazımdır ki, bu sənədli film “Tarix ideoloji cəbhədə” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tarix sahəsində Maarifləndirməyə Dəstək” ictimai birliyi tərəfindən hazırlanmışdır.

 

https://youtu.be/Y7MjAi_5UGA

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.