Terror planlaşdıran “Ammar Azeri”yə hökm oxundu

Həbs
Həbs

Azərbaycanda terrorçuluqda təqsirləndirilən Zeynəddin Hacıyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

AzPost APA -ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim İlham Cəfərzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ammar Azeri ləqəbi ilə bilinən Zeynəddin Hacıyev adı açıqlanmayan konkret qapalı ictimai məkana silahlı basqınla müşayiət olunan terror əməllərinə hazırlığa görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, DTX tərəfindən həbs olunmuş Zeynəddin Hacıyev AR Cinayət Məcəlləsinin 28, 214.2.6-cı (Terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) və digər maddələri ilə ittiham olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.