“Ruslar danışıqdan imtina etsə onlar üçün pis olacaq” –ABŞ vitse-prezidenti

ABŞ vitse-prezidenti Ceyms Di Vens və dövlət katibi Marko Rubio prezident Donald Trampın Rusiyanın müharibəni sürdürməsinə qarşı sərt mövqeyini açıq dəstəkləyiblər.
Onlar Moskvanı Ukraynadakı təcavüzkar müharibəni dayandırmaq, ölümlərin qarşısını almaq üçün yetərincə addım atmamaqda ittiham ediblər.
“Tramp hesab edir ki, onlar (rusiyalılar) müharibəni dayandırmaqdan ötrü masaya yetərincə təklif qoymurlar… Əgər rusiyalılar xoşniyyətlə danışıqlara getməkdən imtina edərlərsə, məncə, bu onların ölkəsi üçün çox, çox pis olacaq”, – Vens sentyabrın 24-də deyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.