III MDB Oyunlarının çərçivəsində Gəncə İdman Sarayında davam edən üzgüçülük yarışlarında medalçılar müəyyənləşib.

AzPost-un yarışlara ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, öncə qadınların yarışında 800 metr məsafəyə sərbəst üsulla üzmədə mükafatçılar müəyyənləşib.

Rusiya təmsilçisi Anastasiya Çernışova birinci, onun həmyerlisi Valeriya Brazniçenko ikinci, Belarusdan olan Kseniya Mastoviç üçüncü yeri tutublar. Azərbaycan üzgüçüsü Anastasiya Qnussina dördüncü yerlə kifayətlənib.
Kişilərin mübarizəsində 50 metr məsafəyə arxasıüstə üzmə yarışında qalibin adına aydınlıq gəlib.

Rusiyalı Dmitrii Kravtsov birinci, Belarusdan olan Mikita Apanasik və Kiril Bantşeviç müqafiq olaraq 2 və 3-cü yerləri tutublar.
