Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Leobankın “Uşaq kartı” ilə bağlı narazılıq

Orkhan Ali 29 Sentyabr 2025 - 14:13 (Last updated: 29 Sentyabr 2025 - 13:14)
78618b527798155cf46657cd0ac9f1e7_1740836996_1736322825_internet_bank_leobank_second

Leobankın təqdim etdiyi “Uşaq kartı” xidməti ilə bağlı vətəndaş narazılıqla üzləşib.

AzPost xəbər verir ki, vətəndaş Aqil Tağıyev məktəbli övladı üçün kart sifariş etdiyini, lakin bankın şərtlərinin buna imkan vermədiyini bildirib. Onun sözlərinə görə, kuryer kartı təqdim edərkən 15 yaşdan yuxarı olan uşağın şəxsən iştirak etməli və müqaviləni imzalamalı olduğunu qeyd edib.

Valideyn məsələ ilə bağlı bankla əlaqə saxlayıb və bu şərtin səbəbini soruşub. Cavab olaraq bildirilib ki, 15 yaşdan yuxarı şəxslər Mülki Məcəlləyə əsasən müəyyən dərəcədə mülki-hüquqi əməliyyatlar həyata keçirmək qabiliyyətinə malikdirlər. Xüsusən, Mülki Məcəllənin 29-cu maddəsinə görə, 14–18 yaş arası şəxslər müəyyən əməliyyatları valideynlərinin razılığı ilə müstəqil icra edə bilirlər. Bu səbəbdən də bank həmin yaş qrupunu mütləq müqavilə tərəfi kimi görür və imzasını tələb edir.

Aqil Tağıyev isə qərarla razılaşmadığını bildirərək deyib: “Məktəb dərsliklərini güclə mənimsəyən 15 yaşlı şagirdin bank müqaviləsinin məzmununu tam başa düşəcəyini iddia etmək absurd görünür. Kartı sifariş edən, vəsait yükləyən və məsuliyyət daşıyan valideynin iştirakı kifayət olmalı idi”.

Valideyn nəticədə kartdan imtina etdiyini açıqlayıb.

Qeyd edək ki, mövcud qanunvericilikdə 14 yaşdan yuxarı şəxslər müəyyən məhdud çərçivədə hüquqi müqavilələr bağlaya bilsə də, bu, valideyn razılığı ilə mümkündür. Lakin banklar risklərin qarşısını almaq üçün həmin yaşda olan müştərilərin də imzasını tələb etməklə özlərini hüquqi baxımdan sığortalayırlar.

Məsələ ilə bağlı Leobankın mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Post navigation

Previous: İsrail ordusu Qəzza şəhərində xəstəxananı mühasirəyə aldı
Next: İlham İsmayılın sərbəst buraxılmasının səbəbi açıqlandı – 1 ay vaxt verildi

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.