Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

İlham İsmayılın sərbəst buraxılmasının səbəbi açıqlandı – 1 ay vaxt verildi

Orkhan Ali 29 Sentyabr 2025 - 14:30 (Last updated: 29 Sentyabr 2025 - 13:24)
ilhamismayil7

Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq) maddəsi üzrə ittiham irəli sürülən sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın Nəsimi Rayon Polis İdarəsindən sərbəst buraxılmasının səbəbi açıqlanıb.

İ.İsmayıldan 20 min dolları mənimsənildiyinə görə şikayətçi olan Sumqayıt şəhər sakini Emin Məmmədzadə Pravda.az-a deyib ki, adıçəkilən şəxsə 1 ay müddətinə vaxt verilib.

Onun sözlərinə görə, İlham İsmayıl barədə başqa bir nəfər də şikayət edib: “İlham İsmayıl 170 min ABŞ dolları da həmin şəxsdən alıb. Onu 48 saat saxladılar ki,  pullarımızı geri versin. Cinayət işi açıldığı halda İlham İsmayılı azadlığa buraxıblarsa, o demək deyil ki, dələduzluq maddəsi adından götürülüb. O bizə heç bir pul geri qaytarmayıb. Dedi ki, həbsdə ola-ola pulu qaytara bilmərəm, çıxım, evimi, maşınımı satım, pulları qaytarım. İlham İsmayılın şəxsən özünə ötən ilin noyabrında verdiyim 20 min dollar pulumu qaytarmır, 10 aydır, müxtəlif bəhanələrlə oğlu ilə birgə məni aldadır. Buna görə də sentyabrın 12-də Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində barəsində cinayət işi qaldırılıb. İdarədən mənə müstəntiq dedi ki, İlham İsmayılın dilindən izahat alınıb, bir ay müddətində pulu qaytaracaq. Özüm də izahatı oxudum. Müstəntiq bildirdi ki, bir ay müddətində pulu qaytarmasa, bir aya cinayət işi də yekunlaşır, işi məhkəməyə göndərəcəyik, o zaman artıq İlham İsmayıl həbs olunacaq. Özünə də deyildi ki, müəyyən xidmətlərinə görə 48 saatdan sonra azadlığa buraxırıq, pul ödənilməlidir”.

Qeyd: İş məhkəməyə göndərilərsə və faktlar təsdiqini taparsa, İ.İsmayılı dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya  bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

AzPost.az

Post navigation

Previous: Leobankın “Uşaq kartı” ilə bağlı narazılıq
Next: Cabir İmanov idman zalında vəfat etdi

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.