Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Veysəloğlu Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib

User 03 Oktyabr 2025 - 12:06 (Last updated: 03 Oktyabr 2025 - 12:06)
veyseloqlu 1

16–21 sentyabr 2025-ci il tarixlərində Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Veysəloğlu Distribusiya beynəlxalq təcrübə mübadiləsinə verdiyi önəmi bir daha nümayiş etdirərək, Çinin paytaxtı Pekində keçirilən SPAR Supply Chain Conference-da iştirak edib.

Tədbirdə 36 ölkədən 144 nümayəndə bir araya gələrək tədarük zəncirinin idarə olunması, anbar və nəqliyyat əməliyyatlarının optimallaşdırılması, inventar idarəçiliyində süni intellekt əsaslı texnologiyalar, robotlaşdırma və “green logistics” sahəsində müasir həllər barədə müzakirələr aparıb.

Konfransda Veysəloğlu Distribusiya Tədarük Zənciri Direktoru, İdarə Heyətinin üzvü Tural Cəfərli “Tədarük Zəncirində Təkamül” mövzusunda təqdimatla çıxış edib. Məruzə beynəlxalq iştirakçılar və SPAR International rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Nümayəndə heyətinə Anbar Əməliyyatları Departamentinin müdiri Fəxrim Cabbarlı, “HiPo” layihəsinin iştirakçıları – Tədarük Zənciri Dizaynı və Təhlili üzrə ekspert Cavanşir Abbasov və təchizat üzrə aparıcı mütəxəssis Könül Əhmədova daxil olub. Onlar həmçinin SPAR Hebei Jiajiayue və dünya nəhəngi Jingdong (JDL)-in tam avtomatlaşdırılmış logistik mərkəzlərini ziyarət edərək ən son innovativ həllərlə tanış olublar.

“Yüksək Potensiallı Əməkdaşların Dəyərləndirilməsi və İnkişafı Layihəsi (HiPo)”nın iştirakçılarının konfransda iştirakı onların qlobal təcrübəni yaxından öyrənməsinə, yenilikləri izləməsinə və beynəlxalq şəbəkələşmə imkanları qazanmasına şərait yaradıb.

 

AzPost.az

Post navigation

Previous: Dələduzlar iş adamı Əbülfəz Babayevin pulunu qaytardılar-
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya qazı Avropaya qayıdır? – ABŞ-ın Putinlə bağlı planı üzə çıxdı

User 02 Noyabr 2026 - 13:40
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 02 Noyabr 2026 - 09:47
pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30

xƏBƏR

DSX
  • Sosial

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

User 02 Noyabr 2026 - 16:46
Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə,...
Read more about İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
“Yaxın vaxtlarda Azərbaycanla sərhəd demarkasiyası davam etdiriləcək” – Mher Qriqoryan mqer qriqoryan
  • Dünya

“Yaxın vaxtlarda Azərbaycanla sərhəd demarkasiyası davam etdiriləcək” – Mher Qriqoryan

User 02 Noyabr 2026 - 15:42
NASA 4 nəfəri bir il Marsda saxladı – Eksperimentin nəticələri təəccübləndirdi nasa01
  • Maraqlı

NASA 4 nəfəri bir il Marsda saxladı – Eksperimentin nəticələri təəccübləndirdi

User 02 Noyabr 2026 - 15:29
Meşəbəyi və direktor rüşvət ittihamı ilə saxlanıldı rusvet korup
  • Sosial

Meşəbəyi və direktor rüşvət ittihamı ilə saxlanıldı

User 02 Noyabr 2026 - 15:17
Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir ayfon 17
  • Media

Azərbaycanda iPhone mövqelərini niyə itirir? – Samsung və Xiaomi önə keçir

User 02 Noyabr 2026 - 15:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.