“Gürcü Arzusu” partiyası seçkilərdə qalib gəldiyini elan edib

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası bələdiyyə seçkilərində qalib gəldiyini elan edib.

Partiya bütün bələdiyyələrdə ilk turda qələbə qazandığını bildirib.

Bu arada Tbilisidə keçirən etirazçılar “Gürcü Arzusu”nun baş ofisinə yürüşə edib.

Hakim partiyanın baş qərargahı yaxınlığına polis qüvvələri səfərbər olunub.

Hazırda baş ofisdə partiya rəhbərliyində təmsil olunan şəxslər toplaşıb. “Gürcü Arzusu”nun təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin də iştirak etdiyi tədbirdə partiyanın yerli seçkilərdə qələbəsi qeyd olunur.

Seçkiləri boykot etmiş müxalifət partiyaları etiraz mitinqi təşkil edib.

Mitinqə bəzi bölgələrdən də iştirakçılar qatılıb. Tbilisinin bir neçə hissəsindən yürüşlə aksiyaya qoşulanlar da var. Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma baş verib.

Aksiya iştirakçılarına qarşı su şırnaqları tətbiq olunub.

Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, Tbilisidəki mitinq toplaşma və nümayişlər haqqında qanunun çərçivəsindən çıxıb.

Qeyd olunub ki, təşkilatçılar tərəfindən zorakılığa çağırışlar səsləndirilib, onlar Prezident sarayının hasarını zədələyiblər və içəri daxil olmağa cəhd göstəriblər.

Xüsusi təyinatlı qüvvələr Orbeliani meydanını nəzarətə götürərək etirazçıları prezident sarayından uzaqlaşdırıb.

Aksiya iştirakçıları Gürcüstan prezidentinin iqamətgahını daşa basıblar.

Etirazçılardan bəziləri küçələrdə ictimai iaşə obyektlərinə zərər verərək iğtişaşlara başlayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.