Çinin Xançjou şəhərində yol polisi üz və avtomobil nömrələrinin tanınması üçün süni intellektlə işləyən eynəklərdən istifadə edir.
AzPost bildirir ki, cihazlar onlayn verilənlər bazalarına qoşularaq real vaxt rejimində sürücüləri və nəqliyyat vasitələrini müəyyən edir.
Texnologiya qaydanı pozanların operativ şəkildə yoxlanılmasına imkan verir və yol hərəkəti qaydalarına əməl olunmasının səmərəliliyini artırır.