Polis ABŞ-ın Florida ştatının Volusia qraflığında məktəb şagirdini həbs edib. Həbsə səbəb şagirdin ChatGPT-dən dərs zamanı dostunu necə öldürə biləcəyini soruşması olub.
AzPost bildirir ki, bu barədə Şerif ofisi özünün Facebook-da rəsmi səhifəsində məlumat yayıb.
Şöbədən verilən məlumata görə, məktəbin direktor müavininə “Dostumu dərsin ortasında necə öldürmək olar” yazısı ilə bağlı bildiriş gəlib. O dərhal polisə müraciət edib.
Şübhəli hesab edilmiş 13 yaşlı İan Franko deyib ki, o sadəcə onu qıcıqlandıran sinif yoldaşı ilə məzələnmək istəyib.
Şerif ofisi analoji hadisələrin təkrarlanmaması üçün valideynləri uşaqları ilə danışmağa çağırıb.