Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Şagirdlər üçün erkən evliliyə qarşı maarifləndirici tədbir keçirilib

User 07 Oktyabr 2025 - 08:00 (Last updated: 07 Oktyabr 2025 - 11:24)
ce01

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Cəmiyyətin sağlam gələcəyi uğrunda maarifləndirmə işlərinin təşkili” layihəsi öz fəaliyyətini davam etdirir.

Birliyin sədri və layihə rəhbəri Esmira Rəhimova bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir:
“Layihənin icrası Quba rayonunda, şəhid İbrahim Şahmərdanov adına Qəcrəş tam orta məktəbində təşkil olunur.

Bu layihənin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı mövcud problemlərin qarşısının alınmasına dəstək olmaqdır. Ailə dəyərləri xalqımız üçün müqəddəsdir. Azərbaycan cəmiyyətinin sağlam inkişafı üçün ailə institutunun gücləndirilməsi, erkən evliliyin, qohum nikahlarının və boşanma hallarının azalması istiqamətində görülən tədbirlərə dəstək vermək, eləcə də sözügedən problemlərin aradan qaldırılması məqsədilə təhsilin və hüquqi maarifləndirmənin artırılması, xüsusilə regionlarda bu istiqamətdə fəaliyyətin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Layihənin həyata keçirilməsi nəticəsində yeniyetmələr arasında erkən və qeyri-rəsmi nikahların mənfi nəticələri və fəsadları, eləcə də qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin yaranma riskləri barədə maarifləndirmə işi aparılır. Bununla yanaşı, layihə çərçivəsində yeniyetmələrin hüquq və azadlıqlarının müdafiəsi, bu istiqamətdə yeni qəbul edilmiş qanunvericilik kontekstində mövcud məsələlər ətrafında maarifləndirmə tədbirləri həyata keçirilməkdədir.

Erkən və qeyri-rəsmi nikahların fəsadları, qan qohumları arasında bağlanan nikahların doğurduğu genetik risklər barədə yeniyetmələr məlumatlandırılır. Xüsusilə qızların təhsil almaq hüququ, ailə hüquqları və nikah müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə təbliğat işi aparılıb. Bu yolla cəmiyyətin gələcək sağlam inkişafına töhfə verməyə çalışmışıq.

İnanıram ki, bu layihənin icrası ailə üzvləri arasında qarşılıqlı hörmətin, hüquq və öhdəliklərə məsuliyyətli yanaşma vərdişlərinin formalaşmasına, həmçinin yeniyetmələr arasında hüquqi maarifləndirmənin təbliği və onların öz hüquqlarını müdafiə bacarıqlarının təkmilləşdirilməsinə xidmət edəcək.”

AzPost.az

Post navigation

Previous: Bullinqə qarşı ictimai vəkilliklə bağlı layihə həyata keçirilir
Next: Finlandiya Rusiyadan idxala tarif tətbiqi planlaşdırır

Oxşar xəbərlər

iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.