Biznesmen qadın 105 yaşını iş başında qeyd etdi –VİDEO

İtaliyada 105 yaşlı Letisiya Qalli ad gününü iş yerində qeyd edib.

AzPost bildirir ki, görüntülər maraqla qarşılanıb.

Videoda 105 yaşlı Letizia Galli ad gününü ofisdə qeyd edir. O, atasının ölümündən sonra 19 yaşında ailə şirkətini təhvil alıb. 86 ildir ki, şirkətə rəhbərik edir.

Yubilyarın həmkarları onun şərəfinə kiçik, amma çox səmimi korporativ tədbir təşkil ediblər. Ofisdə çəkilmiş və sosial şəbəkələrdə sürətlə yayılan videoda Letitsiya Galli həmkarları ilə birlikdə doğum gününü qeyd edir. İstifadəçilər qadının yaşı və işgüzarlığına heyran qalıblar.

Letitsiya Galli atasının 1926-cı ildə yaratdığı ailə biznesinə 1939-cu ildə — cəmi 19 yaşında rəhbərlik etməyə başlayıb. Müharibə illərində fabrikin fəaliyyətini qoruyub saxlayan və sonradan markanı gücləndirən Galli 2005-ci ildə idarəçiliyi üçüncü nəslə ötürsə də, hələ də bütün iş proseslərində aktiv iştirak edir və fabrikin siması sayılır.

Yubilyar zarafatla bildirib ki, “pensi­ya haqqında düşünmürəm, çünki iş mənə həyat verir”. Onun sözlərinə görə, gündəlik fəaliyyət, kollektivlə ünsiyyət və faydalı olmaq hissi onu gənc və enerjili saxlayır.

Yaşına baxmayaraq, Qalli hələ də mühasibatlıq şöbəsinə nəzarət edir və biznesin idarə edilməsi ilə məşğuldur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.