“Qarabağ” dünya reytinqində daha 14 pillə irəliləyib

“Qarabağ” klubu dünya reytinqində daha 14 pillə irəliləyib.

Trend Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, 171 xalı olan Azərbaycan çempionu 96-cı sıradan 82-ci yerə qalxıb.

“Köhlən atlar”la eyni mövqedə İtaliyanın “Napoli” komandası da qərarlaşıb.

“Sabah” (81 xal) 302-ci mövqedən 296-ya yüksəlib.

“Araz-Naxçıvan” (66,5) 355-dən 391-ə, “Zirə” (65,5) isə 380-dən 407-yə enib.

Qeyd edək ki, 501 futbol klubunun yer aldığı reytinq cədvəlində 537 xalla Fransanın PSJ klubu başçılıq edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.