ABŞ Kiyevə yerini deyir, Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələr endirir

Bir neçə aydan çoxdur ki, ABŞ Rusiyanın enerji obyektlərinə zərbələr endirmək üçün Ukrayna ilə kəşfiyyat məlumatlarını  bölüşür.

AzPost bildirir ki, bu barədə “Financial Times” bir sıra Ukrayna və Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Qəzetin mənbələrinə görə, Ağ Evin siyasətində dəyişiklik iyul ayında ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında telefon danışığından sonra baş verib. ABŞ Ukraynanı daha ətraflı kəşfiyyat məlumatları ilə təmin etməyə başlayıb. Bu da ona Rusiyanın hava hücumundan müdafiə mövqelərini daha dəqiq müəyyən etməyə və hücum dronları üçün marşrutları daha effektiv şəkildə tərtib etməyə imkan verir.

FT-nin mənbələrindən biri bildirib ki, Kiyev zərbələr üçün hədəfləri müstəqil seçir, ABŞ isə onların zəifliklərini müəyyən etməyə kömək edir. Digər mənbələr iddia edir ki, ABŞ zərbələr üçün prioritet hədəflərin siyahısını da müəyyən edir.

Qəzetin mənbələrinə görə, Vaşinqton Rusiyanın neft emalı zavodlarına və digər enerji obyektlərinə zərbələr endirilməsinə Kremli danışıqlar masası arxasına əyləşə biləcək alət kimi baxır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.