ABŞ prezidenti Donald Tramp bildirib ki, Çinlə artıq ticarət müharibəsi gedir.
AzPost-un məlumatına görə, Tramp bu barədə ABŞ administrasiyasında media nümayəndələri ilə görüşü zamanı deyib.
Tramp “Çinlə münasibətlərdəki vəziyyət ticarət müharibəsinə qədər uzana bilərmi?” sualına belə cavab verib: “Biz hazırda birini aparırıq”.
Daha əvvəl Tramp bəyan etmişdi ki, Vaşinqton noyabrın əvvəlindən Çin məhsullarına mövcud tariflərə əlavə olaraq 100% rüsumlar tətbiq edəcək. O, son tədbirləri Çinin aqressiv mövqeyi ilə əlaqələndirib.
Çin bəyan edib ki, ABŞ-ın yeni tariflər tətbiq etmək planları “ikili standartlar” nümunəsidir.