“Yabançı damat” serialının məşhur aktyoru vəfat etdi

Türkiyə televiziya və kinosunun tanınmış simalarından olan Arif Erkin Güzelbəyoğlu 90 yaşında vəfat edib.

AzPost bildirir ki, bu barədə onun oğlu Mehmet Güzelbəyoğlu açıqlama verib.

Arif Erkin məşhur “Yabancı damat ” serialında Memik Dədə obrazı ilə tanınırdı.

11 sentyabr 1935-ci ildə Qaziantepdə anadan olan Arif Erkin Güzelbəyoğlu türk sənətinə mühüm töhfələr vermiş sayılıb-seçilən sənətkar idi. Karyerasını sənətin müxtəlif sahələrinə – memar, musiqiçi, aktyor və dövlət qulluqçusu kimi həsr edən Güzelbəyoğlu sənət aləmində dərin iz qoyub.

Arif Erkin Güzelbəyoğlu televiziya və kino sahəsində bir çox mühüm layihələrdə iştirak edib. Onun ən məşhur rolu “Yabancı Damat” serialındakı Memik Dədə olub. O, “İkinci Bahar” serialında Zülfiqar Ağa obrazı ilə də tamaşaçılar arasında kifayət qədər populyarlıq qazanıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.