Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Özbəkistanda kino sahəsində böyük islahat – Film istehsalı özəl sektora verildi

User 27 Oktyabr 2026 - 12:33
ozbek prezident

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev milli kinonun yeni səviyyəyə qaldırılmasına çağırıb.

Azpost.info bildirir ki, Özbəkistan Prezidenti kino sənayesində islahat elan edib. Kino Agentliyi ləğv olunacaq, filmlərin istehsalı isə tamamilə özəl sektora veriləcək. Kino sahəsində dövlət siyasətini Mədəniyyət Nazirliyi həyata keçirəcək. Nazirliyin nəzdində Kino Sənəti Departamenti yaradılacaq.

Dövlət başçısı “Özbəkfilm” kinostudiyasında kino sənayesi nümayəndələri ilə görüşdə milli kinematoqrafiyanın əhəmiyyətini və mədəni yaddaşın qorunmasındakı rolunu vurğulayıb.

Son on ildə kinostudiya tamamilə yenidən qurulub, sahəyə dəstək məqsədilə iki fərman və səkkiz qərar qəbul edilib. Kino istehsalına dövlət maliyyələşməsi 2016-cı ildəki 10 milyard sumdan bu il 218 milyard suma (18 milyon dollar) yüksəlib.

Prezident milli filmlərin keyfiyyətinin artdığını və onlarla özəl kinostudiyanın yarandığını bildirib. Yeni dövrün tarixi filmləri sırasında “İslamxoca”, “İbrət”, “Avloniy”, “Abdulla Qadiri”, “Kokand küləyi”, “Müqimi”, “İlxak”, “Özbək qızı” və “Bəhadir Yalanqtoş” ekran əsərləri yer alır.

Aktrisa Gülçöhrə Cəmilova isə “Qızıl Qlobus” tarixində ilk dəfə Daşkənddə keçirilən Mərkəzi Asiya və Qafqaz kinematoqrafçıları üçün mərasimdə “Meridian” mükafatına layiq görülüb.

Dövlət başçısının sözlərinə görə, xarici filmlər kinoteatrlarda dolu zallara toplaşmaqda davam etdiyi halda, milli kino hər zaman tamaşaçıların tələblərinə cavab vermir. Əsas problemlər sırasında vahid distribusiya sisteminin olmaması və peşəkar kino tənqidinə kifayət qədər diqqət yetirilməməsi göstərilib.

Mövcud dövlət sifarişi sisteminin də dəyişdirilməsinə ehtiyac var. Belə ki, bir rejissora altı, bir müəllifə isə yeddi layihəyədək həvalə edilə bilirdi. Sifarişlərin təxminən yarısı dövlət studiyalarına verilirdi. Bu isə rəqabəti məhdudlaşdırır və filmlərin keyfiyyətinə diqqəti zəiflədirirdi.

Prezident vurğulayıb ki, bədii əsəri texniki tapşırıq əsasında hazırlanmış adi məhsul kimi qiymətləndirmək və satın almaq olmaz.

Onun sözlərinə görə, kino ölkənin beynəlxalq nüfuzunu gücləndirə bilən “yumşaq güc” vasitəsinə çevrilib. Ekran əsərlərində yalnız böyük tarixi şəxsiyyətlər deyil, müasir müəllimlər, həkimlər, idmançılar, hərbçilər, sahibkarlar, inşaatçılar və gənclər də yer almalıdır.

Prezidentin irəli sürdüyü “O‘z” ideyası milli özünəməxsusluğu dərk etmək və dünyaya öz hekayələrini öz səsi ilə çatdırmaq bacarığı kimi izah olunub.

Yeni modeldə idarəetmə, maliyyələşmə və film istehsalı bir-birindən ayrılacaq. Kino Sənəti Departamentinin rəhbəri nazir müavini statusu alacaq. Departamentin fəaliyyətə başlaması və Kino Agentliyinin ləğvi üçün bir ay vaxt ayrılıb.

Dövlət müəssisəsinin əvəzinə “Özbəkfilm” milli kino şirkəti yaradılacaq. Lakin yeni şirkət özü film çəkməyəcək. Onun əsas vəzifələri layihələrin seçilməsi və maliyyələşdirilməsi, filmlərin tanıdılması və yayılması, beynəlxalq bazarlara çıxarılması, eləcə də kino festivallarında təmsil olunması olacaq.

Şirkətə bir həftə ərzində fəaliyyətə başlamaq tapşırılıb.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: ABŞ Kanada ilə razılaşmağa hazırlaşır – polad və avtomobil rüsumu azaldıla bilər

Oxşar xəbərlər

mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23
mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28
ilham sergi01
  • Mədəniyyət

Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib

User 27 Oktyabr 2026 - 16:55

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.