Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Britaniyada 400 min yeni iş yeri yaradılacaq

User 19 Oktyabr 2025 - 20:15 (Last updated: 19 Oktyabr 2025 - 19:13)
issiz55 (1)

Böyük Britaniya hökuməti ölkənin təmiz enerji sektorunda işçi qüvvəsini artırmaq məqsədilə yeni təlim və işə qəbul proqramı həyata keçirəcəyini açıqlayıb.

BBC  xəbər verir ki, plan çərçivəsində 2030-cu ilədək 400 minə yaxın əlavə iş yerinin yaradılması nəzərdə tutulur.

Nazirlərin açıqlamalarına görə, santexnik, elektrik və qaynaqçı kimi 31 əsas ixtisas üzrə işçilərə tələbat xüsusilə yüksəkdir. Gözlənilir ki, külək, günəş və nüvə enerjisi sahələrində çalışanların sayı 5 il ərzində ikiqat artaraq 860 min nəfərə çatacaq.

Enerji məsələləri üzrə dövlət katibi Ed Miliband bildirib ki, Britaniyanın təmiz enerji sektorunu inkişaf etdirmək, uzunmüddətli dövrdə insanların enerji xərclərini azaltmaq üçün minlərlə yeni iş yerinə ehtiyac var.

Enerji Təhlükəsizliyi və Sıfır Emissiya Departamentinin məlumatına görə, bu strategiya çərçivəsində Çeşir, Linkolnşir və Pembrokşir bölgələrində pilot layihələr üçün 2,5 milyon funt-sterlinq ayrılıb. Bundan əlavə, keçmiş hərbçiləri günəş panellərinin quraşdırılması, külək turbinlərinin istehsalı və nüvə enerji stansiyalarında işləməyə yönəltmək üçün yeni proqram işə salınacaq. Həmçinin neft və qaz sənayesində çalışan işçilər Böyük Britaniya və Şotlandiya hökumətlərinin birgə ayırdığı 20 milyon funt-sterlinq dəyərində ixtisasartırma proqramlarından faydalana biləcəklər.

AzPost.az

Post navigation

Previous: Son 9 ayda 900-ə yaxın əcnəbi Gürcüstandan çıxarılıb
Next: Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələri davam etdirir

Oxşar xəbərlər

valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 27 Oktyabr 2026 - 10:25
et bazari
  • İqtisadiyyat

Azərbaycanda mal ətinin qiyməti 10,78 dollardır – Dünyada ətin baha olduğu ölkələr / SİYAHI

User 26 Oktyabr 2026 - 23:26
bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.