Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Müştəri eyni sifarişlə bağlı 5 fərqli cavab aldığını bildirir

Orkhan Ali 24 Oktyabr 2025 - 14:14 (Last updated: 24 Oktyabr 2025 - 08:16)
KontaktHome

KontaktHome

Paytaxt sakini Kənan Kadirov “Kontakt Home” mağazalar şəbəkəsindən etdiyi sifarişlə bağlı ciddi narazılıq bildirib. AzPost xəbər verir ki, Kadirov sosial şəbəkədə paylaşım edərək şirkətin sifarişləri və müştəri məlumatlarını idarə etməkdə qarışıqlığa yol verdiyini qeyd edib.

Onun sözlərinə görə, o, “Kontakt Home” saytından həm klaviatura, həm də üzqırxan maşın sifariş edib. Klaviaturanı “Elmlər Akademiyası” filialına, üzqırxanı isə ev ünvanına çatdırılma ilə seçib. Müştəriyə əvvəlcə bildirilib ki, “klaviatura iki gün ərzində filialda olacaq”.

Lakin bir neçə gündən sonra şirkət əməkdaşlarının bir-birinə zidd məlumatlar verməsi Kadirovun narazılığına səbəb olub:

“Üçüncü gündən zənglər gəlməyə başladı. Əvvəl dedilər ki, üzqırxan anbardan göndəriləndə defektli çıxıb, sifariş ləğv olunur. Ardınca başqa əməkdaş dedi ki, klaviatura artıq filialdadır. Filiala gedəndə isə mənə ‘hələ gəlməyib, beşinci gün gəlib götürərsiniz’ dedilər. Pulu kassadan geri aldım, amma sonra yenə zəng edib bildirdilər ki, guya klaviatura yoxdur, əslində üzqırxan gələcəkmiş”.

Müştəri bildirib ki, sistemdə üzqırxanın sifarişi artıq rəsmi şəkildə ləğv olunmuşdu və filialdakı əməkdaşlar da bunu təsdiqləmişdilər. Buna baxmayaraq, fərqli əməkdaşlardan ziddiyyətli məlumatlar gəlməyə davam edib.

“Bir sifarişə görə 3 gün ərzində 5 fərqli cavab eşitmişəm. Bu, nə normaldır, nə də müştəriyə hörmətdir. Əgər məhsul yoxdur, açıq şəkildə deyin ‘anbarda bitib’. Amma bir gün ‘defektlidir’, bir gün ‘yoldadır’, sonra ‘bitib’ demək, müştərini çaşdırmaqdan başqa bir şey deyil,” – deyə Kadirov qeyd edib.

O, şirkətin əməkdaşlarının bir-birindən xəbərsiz olmasının “Kontakt Home”da təşkilati problemlərin olduğunu göstərdiyini vurğulayıb və məsələyə aydınlıq gətirilməsini, oxşar halların gələcəkdə təkrarlanmamasını tələb edib.

AzPost.az

Post navigation

Previous: Rusiya ordusunun Xersona hava zərbələri nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb
Next: “30 gündür nə pul var, nə iz, nə də izahat”

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Bu barədə Prezidentin Mətbuat...
Read more about Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.