Luvr müzeyini qarət etməkdə şübhəli bilinən iki nəfər həbs edildi

Fransada Luvr müzeyini qarət etməkdə şübhəli bilinən iki nəfər həbs edilib.

AzPost bildirir ki, “Le Parisien” qəzetinin məlumatına görə, hər iki şəxs Paris ətraf ərazilərindəndir. Bir şübhəli i Şarl de Qoll hava limanında, beynəlxalq təyyarə reysinə minən zaman, digəri isə Paris yaxınlığında saxlanılıb.
Bir həftə əvvəl dörd oğru Napoleon və İmperatriça Jozefinanın zinət əşyaları kolleksiyasından boyunbağı, broş və tac da daxil olmaqla səkkiz əşyanı oğurlayıb.

Prezident Emmanuel Makron Luvr soyğunçuluğunu “ölkə üçün qiymətli irsə hücum” adlandırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.