Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Turizm

Azərbaycana ən çox xərcləyən turistlər hansı ölkələrdən gəlir?

User 02 Noyabr 2025 - 14:15 (Last updated: 02 Noyabr 2025 - 12:41)
turizm

2025-ci ilin ilk üç rübündə Azərbaycana ümumilikdə 1 milyon 948,2 min gələn turistlər 2 milyard 516 milyon manat xərcləyiblər.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ölkəyə 1 milyon 948 min nəfər əcnəbi səfər edib, hər turistin orta xərci isə 1 292 manat təşkil edib.

Turistlərin sayı öncəki illə müqayisədə bu il 35 min azdır. Əsas azalma olan ölkələr Rusiya (80 min azalma), Hindistan (48 min azalma), Oman (7.3 min azalma) və Küveyt (4.7 min azalma) kimi ölkələr olub.

Ən çox xərcləyən turistlər Qətər və ABŞ vətəndaşları olub. Qətərdən gələn 2 152 turist ümumilikdə 4,8 milyon manat xərcləyərək, adambaşına 2 236 manatla ilk yeri tutub. ABŞ-dan gələn turistlərin xərci 41,5 milyon manat, hər nəfərə düşən məbləğ isə 2 221 manat olub.

İlk beşlikdə Kanadadan (2 206 manat), Küveytdən (2 114 manat) və Birləşmiş Ərəb Əmirliklərindən (2 054 manat) gələn turistlər qərarlaşıb.

Ümumilikdə Körfəz ölkələrindən – xüsusilə Səudiyyə Ərəbistanı, Küveyt və BƏƏ-dən gələn səfərlərin sayı və xərcləri digər regionlarla müqayisədə daha yüksək olub.

Ən az xərcləyənlər isə qonşu ölkələrdən gələn turistlərdir – Türkiyədən gələnlər adambaşına orta hesabla 778 manat, Gürcüstandan gələnlər isə 752 manat xərcləyiblər. İran turistləri isə ən aşağı göstərici ilə fərqləniblər – cəmi 108 manat.343287423478324324

AzPost.az

Post navigation

Previous: Alimlərin yadplanetli hesab etdiyi kosmik obyekt istiqamətini dəyişib
Next: Mənzil bazarında bahalaşma davam edir –

Oxşar xəbərlər

mediatur isma
  • Turizm

İsmayıllıdakı “Basqal” və “Lahıc” qoruqlarına meditur təşkil edilib

User 09 Oktyabr 2026 - 11:00
turizm
  • Turizm

Səyahətdə pula qənaət etməyin yolları

User 07 Oktyabr 2026 - 18:00
icariseher qoruq
  • Turizm

İçərişəhərdə restoranlarla niyə 6 aylıq icarə müqaviləsi bağlanır?

User 25 Sentyabr 2026 - 20:42

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.