Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

KXDR ABŞ müdafiə nazirini Cənubi Koreyada raketlərlə “qarşıladı”

Orkhan Ali 04 Noyabr 2025 - 10:11 (Last updated: 04 Noyabr 2025 - 08:09)
1

Koreya Xalq Demokratik Respublikası Cənubi Koreyaya doğru çoxlüləli raket qurğularından (ÇLRQ) 10 mərmi atıb. AzPost Renhap agentliyinə istinadla xəbər verir ki, hadisə noyabrın 3-də ABŞ müdafiə naziri Pit Hegsetin Cənubi Koreyaya səfəri ilə eyni vaxta təsadüf edib.

Məlumata görə, Hegset Cənubi Koreyanın müdafiə naziri An Qyu Bəkin müşayiəti ilə iki Koreya arasında yerləşən Birləşmiş Təhlükəsizlik Zonasında olub. Qeyd edilir ki, ABŞ tərəfindən bu zonaya son səfər 8 il əvvəl baş tutub.

Cənubi Koreya Silahlı Qüvvələrinin nümayəndələri bildiriblər ki, Şimali Koreya tərəfindən atılan mərmilər Sarı dəniz istiqamətində olub və hadisə Hegsetin bölgəyə gəlməsinə təxminən bir saat qalmış baş verib.

Hərbçilər əlavə ediblər ki, oxşar hadisə bir neçə gün öncə Çin Xalq Respublikasının sədri Si Cinpinin Cənubi Koreyaya səfəri zamanı da qeydə alınıb. O, həmin vaxt ölkə prezidenti Li Çje Menlə Kyoncu şəhərində görüş keçirib.

Mənbənin məlumatına görə, Şimali Koreyanın atdığı bu mərmilər BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozmur. Hadisə regionda gərginliyin yenidən artmasına səbəb olub və hər iki ölkənin hərbi rəhbərliyi vəziyyəti diqqətlə izlədiklərini bildirib.

AzPost.az

Post navigation

Previous: İngiltərə futbol komandalarının oyununda sərxoş maskot stadiondan çıxarılıb
Next: Estoniya ilə sərhəddə Vaqner” bayrağı qaldırmış qayıq görünüb –

Oxşar xəbərlər

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
rus seir
  • Dünya

Rusiyanın ABŞ-dakı səfiri qəflətən vəfat edib

User 11 Noyabr 2026 - 21:05

xƏBƏR

orban
  • Dünya

Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi

User 11 Noyabr 2026 - 22:19
Macarıstan məhkəməsi ölkənin keçmiş baş naziri Viktor Orbanın kiçik qardaşı Aron Orbanın həbsinə qərar verib. “Magyar Nemzet”...
Read more about Sabiq Baş nazir Viktor Orbanın qardaşı həbs edildi
Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə meyveler
  • Maraqlı

Orqanizmi zərərli maddələrdən təmizləyən 4 meyvə

User 11 Noyabr 2026 - 22:05
Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi usaq telefon esas
  • Maraqlı

Qısa videolar uşaqların düşüncə tərzini dəyişir – Psixoloq rəyi

User 11 Noyabr 2026 - 21:55
İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı infarkt
  • Sosial

İnfarktın yaşı cavanlaşır – Həkim əsas əlamətləri açıqladı

User 11 Noyabr 2026 - 21:42
Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı prezident ermeni
  • Dünya

Ermənistan prezidenti “Tramp marşrutu” ilə bağlı qanunu imzaladı

User 11 Noyabr 2026 - 21:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.