Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

“Böyük futbolda ən maraqlı, həyəcanlı oyun idi” –

User 06 Noyabr 2025 - 00:20 (Last updated: 06 Noyabr 2025 - 00:20)
qurban

“Bütün azarkeşlərə təşəkkür edirəm. Çox möhtəşəm idilər. Sanki bu gün əsl bayram yaşadılar”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə heç-heçə etdikləri oyundan (2:2) sonra “CBC Sport”a açıqlamasında deyib.

Mütəxəssis komandasının fantastik nəticəsini belə şərh edib: “Bəlkə də böyük futbolda bu günə kimi ən maraqlı, həyəcanlı oyun idi. Futbolçularıma çox təşəkkür edirəm. Sona kimi mübarizə apardılar, ruhdan düşmədilər. Mən onların hansı həyəcanı keçirdiyini çox gözəl anlayırdım. Bütün xalqımızı təbrik edirəm”.

Mütəxəssis futbolçusu Kadi Borgesin zədəsinə də toxunub: “Ola bilər ki, zədəsi ciddi olsun. Olmaya da bilər. Çünki ayağında xırda sümük hissəsi ar, çox ağrı verir. Sabah durumu bilinəcək”.

O, “Napoli” ilə qarşıdakı matç haqda bunları deyib: “Napoli” haqda tam ətraflı məlumat verə bilməyəcəyəm. Amma “Çelsi” səiyyəsində bir rəqibdir. Dünyaşöhrətli baş məşqçiləri var. İstənilən oyuna çox ciddi yanaşırlar. Hər bir halda qarşıdakı günlərdə daha ətraflı danışmaq olar”.

Q.Qurbanov sonda ilk 24-lüyə qalmaq şansları haqda danışıb: “Bu, elə bir turnirdir ki, istənilən nəticə ola bilər. Çox istərdik ki, qarşıdakı matçlarda da yaxşı nəticələr qazanaq. Amma rəqiblər daha ciddi yanaşırlar. Bizim oynayacağımız komandların da 3 xala çox ehtiyacları var. Bəlkə də bizi gözləyirlər ki. turnir cədvəlində mövqelərini düzəltsinlər”.

AzPost.az

Post navigation

Previous: Gənclərdə əqli keyfiyyətlər sürətlə zəifləyir
Next: Almaniyada məhkəmə suriyalıların deportasiyası barədə qərar verdi

Oxşar xəbərlər

fifa 2026
  • İdman

FIFA: Azərbaycan dünya çempionatına hazırdır

User 22 Oktyabr 2026 - 10:58
aston
  • İdman

“Aston Villa” “Fənərbaxça”nı 6:0 məğlub edib –

User 15 Oktyabr 2026 - 07:54
sabah
  • İdman

“Sabah” “Slaviya”nı məğlub etdi –

User 13 Oktyabr 2026 - 22:49

xƏBƏR

qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
“Çıraq Humanitar və İnkişaf” İctimai Birliyi Ağdam rayonunda “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış...
Read more about QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.