“Ölkəni daxildən dağıtmaq planı hazrlanıb, əlimizdə sənəd var” –PUTİN

Qərb kəşfiyyat orqanları Rusiyanı daxildən laxlatmaq planları hazırlayıb. 

AzPost -un məlumatına görə, bu barədə prezident Vladimir Putin bildirib. Onun sözlərinə görə, Rusiya hakimiyyət orqanlarının əlində Rusiyanın daxilində qeyri-sabitlik yaratmaq barədə təlimatları özündə əks etdirən Qərb kəşfiyyat orqanlarının sənədlərinin surətləri var.

Millətlərarası münasibətlər mövzusunda keçirilən görüşdə Putin qeyd edib ki, bu sənədlər, eləcə də Qərb tərəfindən maliyyələşdirilən xaricdəki mərkəzlərin işi Rusiya cəmiyyətində bölünmə yaratmaq və etnik və dini zəmində münaqişələr yaratmaq məqsədini birbaşa göstərir.

Prezident vurğulayıb ki, hazırkı vəziyyətdə ölkə daxilində hətta kiçik ziddiyyətlərin də alovlanmasının qarşısını almaq vacibdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.