ABŞ-ın keçmiş prezidenti Co Bayden həmkarı Trampı sərt tənqid edib və onu “demokratiyaya zərbə vurmaqda” ittiham edib.
AzPost bildirir ki, bu barədə CNN məlumat yayıb.
“Mən bilirdim Tramp ölkəyə zərbə vuracaq. Amma etiraf etməliyəm ki, bunun həqiqətən belə dağıdıcı zərbə olacağını bilmirdim”, – deyə Bayden Omahada Nebraska Demokrat Partiyasının təşkil etdiyi qala mərasimində çıxışı zamanı vurğulayıb.
O, Trampın Ağ Evin Şərq Qanadını sökərək 90.000 kvadrat metrlik bal salonu tikməsinə toxunub: “Bu, onun prezidentliyinin gözəl simvoludur”, – Bayden deyib. “Tramp təkcə xalq yığıncağına deyil, həm də Konstitusiyaya, qanunun aliliyinə, demokratiyamızın özünə də dağıdıcı zərbə vurub”.
Bayden həmçinin Trampın ikinci müddətinin ölkəyə “qızıl dövr” gətirdiyinə dair dəfələrlə iddialarını da lağa qoyub.
“İndi o deyir ki, biz “qızıl dövrdə” yaşayırıq.” Yeganə qızıl olan onun kabinetində kamin üstünə asdığıdırr”, – deyə keçmiş prezident Trampın Oval Ofisinə işarə edib.
Bayden çıxışı zamanı birbaşa Trampa müraciət edib. “Düzünü desəm, siz bizi bir millət olaraq utandıran bir şəkildə davranırsınız”, – deyə o bildirib.
Keçmiş ABŞ prezidenti həmçinin Trampı varlı müttəfiqlərinin maraqlarını Amerika xalqının maraqlarından üstün tutduğuna görə tənqid edib: “Siz bizim üçün işləyirsiniz, cənab Prezident. Biz sizin üçün işləmirik. Siz yalnız milyarderlər və milyonerlər üçün deyil, bizim üçün işləyirsiniz. Mən əsəbiləşmişəm”, – deyə Bayden əlavə edib.