Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı Qocalar evində yaşayır

User 08 Noyabr 2025 - 19:33 (Last updated: 08 Noyabr 2025 - 19:33)
sahin milli qehran

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev hazırda Qocalar evində yaşayır. Amma onun yaşadığı QocalareEvi Azərbaycanda deyil, uzaq İsveçdə yerləşir. Məsələ burasındadır ki, Şahin Tağıyev 2001-ci ildən Azərbaycanı tərk edərək Avropaya köçüb.

AzPost bildirir ki, Milli Qəhrəmanın İsveçdəki Qocalar evinə yerləşdirildiyini Modern.az-a Avropada yaşayan tanınmış azərbaycanlı fəal, yazıçı-jurnalist Vahid Qazi bildirib.

“8 noyabr Zəfər bayramında – Şuşanın 28 illik işğaldan azad edildiyi gündə Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevi “Oxie” Qocalar evində ziyarət etdik. Şahin bəy insult və infarkt keçirəndən sonra burada yaşayır. İsveçin səhiyyə və sosial sisteminin təmin etdiyi qayğı, övladlarının, nəvələrinin diqqəti, sevgisi ilə ömür sürür.

Xeyli söhbət etdik, 1990-ların ilk yarısında yaşadığımız ömrün faciələr dolu ağır illərindən üzü azad Qarabağacan – Zəfər günündək danışdıq.

Dedim, tez sağal Şuşaya birlikdə gedək, kövrəldi.

Ayrılanda hamıya salam dedi, xalqımızı təbrik elədi.

Mən də onun təbrikinə qoşulub Zəfər günümüz mübarək olsun deyirəm”, – Vahid Qazi bildirib.

Qeyd edək ki, əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub.

Kiçik yaşlarından Bakıya köçüb, uşaqlıq illəri Bakının Bülbülə qəsəbəsində keçib, burada böyüyüb. Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə gedib və beşinci sinfə qədər burada təhsil alıb. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirib. Daha sonra Energetika texnikumuna daxil olub. 1969-cu ildə texnikumu bitirib və təyinatla Rusiyaya –  Udmurt vilayətinə göndərilib.

Gənc yaşlarında Rusiya və Azərbaycanda əvvəlcə energetika, sonra ticarət sahələrində işləyib. 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib, leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə atılıb.


1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri olub. Özü və rəhbərlik etdiyi batalyon bir sıra döyüşlərdə, o cümlədən Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib.

Tərtər, Seysulan, Yarımca, Levonarx döyüşlərində iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə ona Milli Qəhrəman adı verilib.

Şahin tağıuev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk 4 nəfərdən biridir.


1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik-leytenant rütbəsində Ordudan tərxis olunub.

Şahin Tağıyev atəşkəs dövründə də Qarabağın azadlığı naminə fəaliyyətini davam etdirib. 1998-ci ildə Qarabağ Koordinasiya Şurasının işində fəal iştirak edib. Qarabağ Azadlıq Təşkilatının yaradıcılarından olub, 2000-ci ildə Qarabağ Azadlıq Təşkilatının bərpa qurultayında Ali Məclis üzvü, sədr müavini seçilib.

2001-ci ildən Azərbaycandan Avropaya mühacirət edib, İsveçə köçüb.

Ş.Tağıyev ailəsi ilə birgə hazırda İsveçdə yaşayır. Bir oğlu, bir qızı, nəvələri var.

Milli Qəhrəman təqaüdçüdür.


2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayarkən Şahin Tağıyev səhhətilə əlaqədar Azərbaycana gələ bilməyib, oktyabr ayında Vətən müharibəsinə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1500 manat məbləğində vəsait köçürüb.

Milli Qəhrəmanın ən böyük arzusu Şuşadakı ata yurdunu ziyarət etmək idi. O, 2023-cü ilin noyabrında bu arzusuna qovuşdu. İçveçdən Vətənə gələn Ş.Tağıyev Şuşaya gedərək, şəhəri ziyarət edib. Şuşadakı Vaqif məqbərəsinin yanında çəkdirdiyi şəklini sosial şəbəkədə paylaşıb.

Ş.Tağıyev 2023-cü ildə Xankəndidə keçirilən hərbi paraddan sonra Zəfər Bayramı münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevi təbrik etmişdi.

Daha sonra o, yenidən Azərbaycandan İsveçə qayıtmışdı.

AzPost.az

Post navigation

Previous: Xankəndidə Zəfər Günü qeyd olunub
Next: Bakıda Zəfər Günü münasibətilə konsert keçirilir

Oxşar xəbərlər

pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37

xƏBƏR

pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Arıqlamaq istəyənlərin bir çoxu ilk addım kimi çörəyi, düyünü və digər karbohidratlı qidaları tamamilə menyudan çıxarır, yeməkləri...
Read more about Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq? bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.