Fransa Almaniyanın silahlanma planlarından narahatdır— “Politico”

Avropada hərbi balansın dəyişməsi Parisdə ciddi narahatlıq yaradıb. AzPost “Politico” nəşrinə istinadla xəbər verir ki, Almaniyanın yenidən silahlanma və Avropanın aparıcı hərbi gücünə çevrilmə planları Fransada siyasi və strateji gərginlik doğurub.

Məqalədə bildirilir ki, Berlinin ambisiyaları Avropa İttifaqında qüvvələr nisbətini dəyişə bilər. Fransa tərəfi hesab edir ki, Almaniya bu templə davam edərsə, onun təsir dairəsi genişlənəcək və Parisin liderlik rolu zəifləyəcək. Bir fransız rəsmisi “əgər Berlin dominant mövqe tutarsa, əməkdaşlıq çətinləşəcək” deyə qeyd edib.

Fransız ekspertlər bu prosesi yalnız hərbi deyil, həm də iqtisadi təhlükə kimi dəyərləndirirlər. Onların fikrincə, Almaniyanın güclü sənaye potensialı ona silah istehsalında üstünlük qazandırır və Avropa müdafiə bazarında bərabərliyi poza bilər.

“Politico”nun müsahiblərindən biri vəziyyəti istehza ilə belə şərh edib: “İndi Berlina Elzas və Mozeli işğal etməyə ehtiyac yoxdur — onları sadəcə almaq mümkündür.”

Avropa mənbələri isə baş verənləri “tektonik dəyişiklik” adlandırır və hesab edir ki, Almaniyanın silahlanma proqramı hazırda Avropa İttifaqında ən önəmli geosiyasi proseslərdən biridir.

Xatırladaq ki, bir müddət öncə Financial Times yazmışdı: Berlin Avropa ölkələrinin birgə silahlanma təşəbbüslərinə rəhbərlik etmək və qitədə müdafiə sənayesində əsas oyunçuya çevrilmək niyyətindədir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.