Serj Sarkisyanın müsahibə verdiyi podkastın müəllifləri saxlanılıb

Ermənistanda keçmiş Prezident Serj Sarkisyanın müsahibə verdiyi podkastın müəllifləri saxlanılıb.

“Sputnik Armenia” xəbər verir ki, “İmnemnimi” podkastının müəllifləri Narek Samsonyan və Vazgen Saqatelyan xuliqanlıqda ittiham edilirlər.

“İmnemnimi” podkastının müəlliflərinə qarşı cinayət işi parlament spikeri Alen Simonyanın müraciəti əsasında qaldırılıb.

Qeyd edək ki, podkast müəlliflərinin Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanla müsahibəsindən sonra spiker blogerləri “köpək uşaqları” adlandırıb.

“İmnemnimi”nin növbəti buraxılışında isə müəlliflər Simonyana cavab veriblər. Bundan sonra spiker hüquq-mühafizə orqanlarına müraciət edib və bu gün səhər blogerlər saxlanılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.