Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycan Rusiyaya nota verib

User 14 Noyabr 2025 - 16:35 (Last updated: 14 Noyabr 2025 - 16:35)
vəkili

vəkili

Noyabrın 14-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində “İsgəndər” tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və səfirə müvafiq nota təqdim edilib.

Son partlayış nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib.

Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırladılıb. Xüsusilə 2022-ci il martın 10-da Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun binasına aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti avtomobilin yararsız hala düşdüyü qeyd edilib.

Bununla yanaşı, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən “Kinjal” raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yarandığı və yer səthindən 8 metr dərinlikdə detonasiya baş vermədiyi üçün partlamamış sursat aşkar edildiyi bildirilib.

2025-ci il avqustun 28-də isə Azərbaycanın Ukraynadakı səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, səfirin iqamətgahının zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəydiyi diqqətə çatdırılıb.

Eyni zamanda, 2025-ci il avqustun 8-18-də Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı, infrastruktura böyük zərər vurulduğu xatırlanıb. Bütün bu faktların raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb. Eyni zamanda, bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprelində Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb.

Görüşdə diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb edilib.

AzPost.az

Post navigation

Previous: 9 ayda 36 min evlənmə, 15 min boşanma qeydə alınıb
Next: Mbappe Azərbaycan millisinə qarşı oynamayacaq

Oxşar xəbərlər

aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
tikinti
  • Baş Yazı

Tikinti layihələrinə nəzarət gücləndirilir – Yeni komissiya yaradıldı / SƏRƏNCAM

User 26 Oktyabr 2026 - 13:01
market
  • Baş Yazı

Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir?

User 25 Oktyabr 2026 - 16:20

xƏBƏR

aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
Bir uşağın böyüməsi təkcə ərzaq və geyim almaqdan ibarət deyil. Bağça, məktəb, nəqliyyat, dərman, dərnəklər və il...
Read more about Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı
Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib putin uitkoff
  • Dünya

Rusiya Ukrayna ilə bağlı danışıqların detallarını açmaqdan imtina edib

User 26 Oktyabr 2026 - 15:34
İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17
Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü qara deniz
  • Dünya

Qara dəniz dünyanın ən təhlükəli dənizinə çevrilib – 570 hücum, 40-dan çox ölü

User 26 Oktyabr 2026 - 14:18
Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı zelenski
  • Dünya

Zelenski ərazi məsələsini Putinlə müzakirə etməyə hazırdır – Şərtini açıqladı

User 26 Oktyabr 2026 - 14:08
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.