Mbappe Azərbaycan millisinə qarşı oynamayacaq

Fransa yığmasının ulduz futbolçusu Kilian Mbappe milli komandanın düşərgəsindən ayrılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Buna hücumçunun ayaq biləyi ilə bağlı yaşadığı problemlər səbəb olub.

Mbappenin durumunda risk olduğundan o, heyətdən çıxarılıb və yaxın günlərdə tibbi prosedurlara başlayacaq. Bu səbəbdən hücumçu qarşıdakı Azərbaycan yığması ilə oyunda Fransa millisinə kömək edə bilməyəcək.

Qeyd edək ki, Azərbaycan–Fransa görüşü noyabrın 16-da Bakıda təşkil olunacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.