Yeni H5N5 quş qripi ştammı ən çox 3 yaşadək uşaqlar üçün təhlükəlidir

Yeni aşkarlanan H5N5 quş qripi ştammı xüsusilə azyaşlılara və yaşlı insanlara ciddi risk yaradır. AzPost xəbər verir ki, bu barədə AİF-ə müsahibəsində viroloq, tibb elmləri doktoru, professor Viktor Zuev məlumat verib.

Mütəxəssisin sözlərinə görə, xəstəliyin ən ağır formada keçməsi daha çox immuniteti zəif olan şəxslərdə müşahidə olunur. Risk qrupuna 5 yaşadək uşaqlar, yaşlı insanlar və xroniki xəstəlikləri olanlar daxildir. Zuev bildirib ki, ən böyük təhlükə 3 yaşınadək uşaqlar və sağlamlıq problemi olan yaşlılar üçün yaranır.

Xatırladaq ki, ABŞ Səhiyyə Nazirliyi ölkədə H5N5 ştammı ilə ilk yoluxma halını təsdiqləyib. Noyabr ayının əvvəlində qrip simptomları ilə xəstəxanaya yerləşdirilən yerli sakinin analizlərində yeni ştamm aşkarlanıb.

Viroloqun sözlərinə görə, quş qripinin insandan insana ötürülməsi çox nadir hallarda baş verir. Lakin yoluxmuş quşlarla təmas zamanı, həmçinin onların saxlandığı ərazilərdə olmaqla xəstəliyə tutulmaq mümkündür.

“Yoluxma ən çox quşlarla birbaşa təmasda olur. Məsələn, yoluxmuş quşların saxlandığı yerdə qalmaq, quş ətinin yetərincə bişirilməməsi, çirkli əllər, pərəklərlə və quş peyini ilə təmas xəstəliyin ötürülməsinə səbəb ola bilər”, – deyə Zuev qeyd edib.

Professor həmçinin bildirib ki, yoluxmanın qarşısını almaq üçün şəxsi gigiyena qaydalarına ciddi riayət etmək, mümkün riskli quşlarla təmasda olarkən maska, əlcək və xüsusi qoruyucu geyimlərdən istifadə etmək vacibdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.