“Anarın arabada sosial şəbəklərdə yayılan şəkli ilə bağlı özü ilə danışdım. Dedi ki, bir müddət əvvəl ayağım ağrıyanda klinikaya gedəndə çəkilib”.
AzPost bildirir ki, bu sözləri AYB-nin katibi Rəşad Məcid paylaşımında qeyd edib.
“Səfərlərdə olarkən İstanbulun uzun aeroportunda hava alanının bu xidmətindən ara-sıra istifadə edib. Özünün dediyinə görə qocalıq, şəkər xəstəliyi birinci ayaqdan başlayıb. Anar müəllim bir azdan işdə olacaq, narahat olanlar Azərbaycan Yazıçılar Birliyinə gəlib Anar müəllimə şəkil çəkdirə bilərlər!”-deyə R. Məcid vurğulayıb.