Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

“Lukoil” Azərbaycanı tərk edir

Orkhan Ali 17 Noyabr 2025 - 22:22 (Last updated: 17 Noyabr 2025 - 22:23)
1
Rusiyanın “Lukoil” şirkəti ABŞ sanksiyaları səbəbindən “Şahdəniz” layihəsindəki 19,99 faizlik payını 13 dekabra qədər satmağa çalışacaq.
AzPost xəbər verir ki, bu barədə “haqqin.az” məlumat yayıb.
Bildirilir kim sanksiyalar qüvvəyə mindikdən sonra şirkətin bütün beynəlxalq bank əməliyyatları bağlanacaq və bu vəziyyət “Lukoil”in layihə üzrə öhdəliklərini yerinə yetirməsinə imkan verməyəcək.
Məlumata görə, dekabrın 13-dən sonra şirkət “cash call” adlanan maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcək. Bu ödəniş hissəsi layihənin davamlı işləməsi üçün ayrılan vəsaitdir və yalnız ABŞ dolları ilə həyata keçirilir. Öhdəliklərin təmin olunmaması “Lukoil”i 13 fevral 2026-cı il tarixindən etibarən defolt riski ilə üz-üzə qoyur.
“Şahdəniz” layihəsi şirkət üçün strateji əhəmiyyət daşıyır. 2022-ci ildə “Lukoil” “Petronas”a məxsus əlavə 9,9 faizlik payı 1,45 milyard dollara alaraq iştirak payını 19,99 faizə yüksəltmişdi. Hazırda yataqda illik hasilat 28 milyard kubmetrə qədər çatır və şirkətin payının satışından bir neçə milyard dollar əldə etməsi ehtimal olunur.
Ümumi ehtiyatı təqribən 1,2 trilyon kubmetr təşkil edən “Şahdəniz”dən bu günə qədər 270 milyard kubmetr qaz çıxarılıb.
Mənbənin sözlərinə görə, “Lukoil”in payına ən ciddi iddiaçı kimi ABŞ şirkətləri göstərilir. Onlar hazırda layihədə iştirak etmirlər və yeni giriş imkanları axtarırlar.
ABŞ Maliyyə Nazirliyi “Lukoil”in xarici əməliyyatlarına 21 noyabrdan 13 dekabra qədər müvəqqəti icazə verib. Bolqarıstanda isə şirkətə 2026-cı ilin aprel ayına qədər maliyyə əməliyyatları üçün istisna tanınıb.

AzPost.az

Post navigation

Previous: Qara qutunun nəticələri 2 aya bilinəcək
Next: “Kiyevdəki Azərbaycan səfirliyinə raket hucumu təsadüfi ola bilməz”-

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham turk sefer
  • Siyasət

İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

User 11 Noyabr 2026 - 18:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri noyabrın 11-də başa çatıb. Antalya Beynəlxalq Hava Limanında dövlətimizin...
Read more about İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi erdoqan pasinyan
  • Dünya

Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi

User 11 Noyabr 2026 - 18:00
Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib ilham anta01
  • Siyasət

Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib

User 11 Noyabr 2026 - 17:47
Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb? rus ukr danisiq abu dabi
  • Dünya

Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb?

User 11 Noyabr 2026 - 16:54
Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.