Boşanma dövrünü necə rahat keçirmək olar? –Psixoloqdan məsləhətlər

Boşanma
Boşanma

Psixoloq və bədən yönümlü terapevt Mariya Polyakova “MK” internet portalına müsahibəsində boşanma qərarı verən cütlüklərə bir sıra tövsiyələr verib.

AzPost xəbər verir ki, Mariya Polyakovanın sözlərinə görə, boşanma insan həyatının ən ağır psixoloji sarsıntılarından biridir. O qeyd edib ki, ilk növbədə insan özünə fasilə verməli, sinir sisteminə dincəlmək imkanı yaratmalıdır. Onun sözlərinə görə, “baş verən hər şeyin insan üçün xeyirli olduğuna” dair adi görünən cümlələr belə zamanla mənasını tapır və insana güc verir.

Polyakova bildirib ki, sakitləşməyə, özünü toparlamağa yönəlmiş sadə üsullar belə emosiyalara nəzarət etməyə kömək edir. Ən zərərli davranış isə emosiyalara qalib gəlmək, özünü ələ almamaq və tələsik sözlər deməkdir. Bu xüsusilə ortada uşaqlar varsa, daha ciddi fəsad yarada bilər. Psixoloq vurğulayıb ki, söhbət ağrını içində sıxmaqdan yox, özünə bu mərhələni sağlam şəkildə yaşamağa şərait yaratmaqdan gedir.

Mütəxəssisin sözlərinə görə, növbəti mərhələ vəziyyəti tədricən qəbul etməkdir. Onun fikrincə, heç kimi zorla saxlamağa çalışmaq düzgün deyil və rahatlıq gətirmir. İnsan öz ətrafını yeni əşyalara, planlara və əlamətlərə yönəldərək həyatında yeni bir dövrün başlandığını hiss etməlidir. Bəzən bu, “özünü aldatmaq” kimi görünsə də, əslində bu mərhələni keçmək üçün vacib psixoloji addımdır.

Psixoloq həmçinin boşanmadan sonra intiqam hissi ilə yaşamağın düzgün olmadığını deyib. Onun sözlərinə görə, inciklikləri azaltmaq üçün incəsənət-terapiyadan istifadə etmək mümkündür: məsələn, boşanmadan əvvəlki və sonrakı dövrü təsvir edən iki rəsmin çəkilməsi emosiyaları yüngülləşdirə bilər. Polyakova bildirib ki, Moskvada bu cür art-terapiya ilə məşğul olmaq üçün çoxlu studiyalar var.

Mütəxəssis həmçinin münasibəti sakit şəkildə yekunlaşdırmağın, keçmiş partnyoru buraxmağın insanın psixoloji sağlamlığı üçün vacib olduğunu qeyd edib. O əlavə edib ki, bu mərhələləri psixoloqla birgə keçmək daha asan olsa da, insanlar özləri də düzgün yanaşma ilə bu çətinlikdən çıxa bilərlər.

Polyakova praktikasından misal çəkərək deyib ki, bir çox müştəri boşanma prosesindən sonra daha xoşbəxt həyata qovuşub və bu addım olmasa, həmin rahatlığı tapa bilməyəcəklərini bildiriblər. Psixoloqun tövsiyələrindən biri də kağıza bütün inciklikləri yazıb yandırmaq, bununla da keçmişi simvolik olaraq buraxmaqdır. Digər bir üsul isə evdə və ya şəxsi istifadə vasitələrində – məsələn, ətirdə – qoxuları dəyişməkdir. Mütəxəssisin sözlərinə görə, hər insan üçün fərdi metod seçilməlidir və universal yanaşma yoxdur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.