Zelenski Trampdan sülh sazişinin layihəsini aldığını təsdiqlədi

Ukrayna prezidenti Zelenski  ABŞ-ın Rusiya ilə sülh planının layihəsini alıb. Zelenski bu layihni Trampla müzakirə edəcək.

AzPost bildirir ki, bu barədə Ukraynanın Prezident Ofisindən verilən açıqlamada deyilir.

Xatırladaq ki, ABŞ və Rusiya arasında Ukrayanaya dair məxfi sülh sazişi planının hazırlandığı barədə dünyanın aparıcı KİV-ləri məlumat yayıb.

Burada bir sıra şərtlər əksini tapır.

The Telegraph mənbələrə istinadən xəbər verir ki, ABŞ Ukrayna üçün Şərqi Donbasın Rusiyaya icarəyə verilməsi bəndini özündə birləşdirən sülh planı təklif edir. Ödənişin məbləği açıqlanmır, lakin Kiyev rəsmi olaraq ərazinin qanuni mülkiyyətini saxlayacaq. Plana əsasən, Moskva Ukraynanın ehtiyatlarla zəngin Donbasa çıxışının itirilməsi səbəbindən maliyyə itkilərini kompensasiya etmək üçün “torpaq vergisi” ödəməlidir.

Ukrayna “gizli sülh müqaviləsi”nin şərtlərini qəbul edərsə, Rusiyaya qarşı sanksiyalar ləğv ediləcək və müharibə cinayətləri ilə bağlı araşdırmalar başlamayacaq — Bloomberg

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.