Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
din prokurorluq

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda 25 il əvvəl törədilmiş qətlin üstünün açılması barədə birgə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumata görə, prokurorluq və daxili işlər orqanları tərəfindən əvvəlki illərdə törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Belə ki, 1961-ci il təvəllüdlü Həqiqət Məmmədovanın 30 iyun 2001-ci il tarixdə Bakı şəhərinin Nəsimi rayonu ərazisində qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə icraat təzələnərək Nəsimi rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri icra olunub.

Həyat keçirilən çoxsaylı tədbirlər, o cümlədən aparılmış dindirmələr, müasir ekspertiza tədqiqatlarının nəticələrinin təhlili və uzlaşdırılması nəticəsində hadisənin təfərrüatları müəyyənləşdirilib və cinayətin açılması təmin edilib.

Toplanmış sübutlarla 1976-cı il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş Rövşən Zeynalovun aşkar surətdə köməksiz vəziyyətdə olan Həqiqət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Zeynalov 20 oktyabr 2026-cı ildə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

Oktyabrın 22-də R.Zeynalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilib.

Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda Nəsimi rayon prokurorluğunda cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Əvvəlki illərdə törədilmiş və bağlı qalmış cinayətlərin açılması, həmin əməlləri törətmiş şəxslərin müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər davam etdirilir.

AzPost.az

Post navigation

Previous: Pikassonun 4 rəsm əsəri hərraca çıxarılır: Ən bahalısı 20 milyon dollara
Next: İnfarkt riskini artıra bilən 6 qida – Hansı məhsulları az yemək lazımdır?

Oxşar xəbərlər

Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06
ADSEA
  • Sosial

ADSEA-nın tabeliyində olan QSC-yə yeni direktor təyin edilib

User 22 Oktyabr 2026 - 14:51
gulmek
  • Sosial

İnsan hirsindən nə üçün gülür? – Psixoloqlar bunun səbəbini açıqlayır

User 21 Oktyabr 2026 - 17:23

xƏBƏR

israil konsul istanbul
  • Dünya

İran və İsrail üzrə kritik görüş – Avropa və Yaxın Şərq nazirləri İstanbulda toplaşır

User 22 Oktyabr 2026 - 18:36
Avropa və Yaxın Şərq ölkələrinin xarici işlər nazirləri cümə günü İstanbulda bir araya gələrək İran ətrafındakı gərginliyi,...
Read more about İran və İsrail üzrə kritik görüş – Avropa və Yaxın Şərq nazirləri İstanbulda toplaşır
İşinizdən bezmisiniz? – İşdən çıxmaq vaxtının çatdığını göstərən 5 əlamət komp is yeri
  • Maraqlı

İşinizdən bezmisiniz? – İşdən çıxmaq vaxtının çatdığını göstərən 5 əlamət

User 22 Oktyabr 2026 - 18:26
İnfarkt riskini artıra bilən 6 qida – Hansı məhsulları az yemək lazımdır? urek
  • Maraqlı

İnfarkt riskini artıra bilən 6 qida – Hansı məhsulları az yemək lazımdır?

User 22 Oktyabr 2026 - 18:16
Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Pikassonun 4 rəsm əsəri hərraca çıxarılır: Ən bahalısı 20 milyon dollara herrac sotb
  • Mədəniyyət

Pikassonun 4 rəsm əsəri hərraca çıxarılır: Ən bahalısı 20 milyon dollara

User 22 Oktyabr 2026 - 17:25
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.