Mingəçevirdə məktəbli qətlə yetirilib –14 yaşlı oğlan saxlanılıb

Mingəçevirdə məktəbli bıçaqlanıb.

APA-nın əldə etdiyi xəbərə görə, 2008-ci il təvəllüdlü Sarıyev Elman Etibar oğlu kəsilmiş deşilmiş bıçaq xəsarətləri alıb.

Noyabrın 22-də saat 22 radələrində 2008-ci il təvəllüdlü E. Sarıyev kəsici alətlə qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən məktəbli Mingəçevir şəhər İ. Kişiyev adına 17 nömrəli tam orta məktəbin şagirdi olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.