Argentina Cənubi Afrikada keçirilən sammitdə G20-nin yekun sənədini dəstəkləməkdən imtina edib.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.
“Argentina Yohannesburqda keçirilən G20 liderlərinin sammiti zamanı yayılan yekun sənədi dəstəkləməyib”, – bəyanatda deyilir.
Həmçinin qeyd olunub ki, bu qərar G20-nin fəaliyyətini tənzimləyən konsensus qaydalarının pozulması, eləcə də geosiyasi məsələlərlə bağlı fikir ayrılıqları ilə bağlıdır. “Ölkəmiz təəssüflənir ki, yekun sənəd bütün forum üzvlərinin, o cümlədən Argentina və digərlərinin konsensusu olmadan təsdiq edilib”, – deyə ölkənin Xarici İşlər Nazirliyi bildirib.