Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

Azərbaycan-Gürcüstan birgə şirkəti stadionla bağlı tenderdən kənarlaşdırılıb

User 25 Noyabr 2025 - 12:23 (Last updated: 25 Noyabr 2025 - 12:23)
stadion

Tbilisidə yeni stadionun inşası ilə bağlı elan edilmiş 876 milyon lari (325 mln. ABŞ dolları) dəyərində tenderə xitam verilib.

Bu barədə qərarı Gürcüstanın Bələdiyyə İnkişafı Fondunun Tender Komissiyası qəbul edib.

Komissiya tenderə təqdim olunan təklifləri nəzərdən keçirib. İki iştirakçı – Azərbaycan-Gürcüstan birgə “Makro – İnşaatçı” və Türkiyənin YDA İNŞAAT şirkəti müraciətləri natamam olduğu üçün tenderdən kənarlaşdırılıb. Nəticədə tenderin yeganə iştirakçısı Gürcüstanın “Anagi” şirkəti qalıb. Şirkətin təklifi digər iki iştirakçının təklifinin dəyərini xeyli üstələyib. Bələdiyyə İnkişafı Fondu hazırkı mərhələdə qalib şirkəti müəyyən edə bilməyib.

Komissiya sifarişçinin tələblərinin və tender sənədlərinin yenidən nəzərdən keçirilməsini zəruri hesab edib və tender prosedurunun ləğvi barədə qərar verib.

Qeyd edək ki, yeni stadion futbol və reqbi matçlarının keçirilməsi üçün UEFA-nın IV kateqoriyasının tələblərinə uyğun olacaq. Gürcüstanın ən böyük stadionunun Tbilisi beynəlxalq hava limanı yaxınlığındakı 270 min kvadrat metr ərazidə inşası planlaşdırılır. Azarkeş tutumu 70 min nəfər təşkil edəcək. Tenderdə qalib gələcək şirkətə çoxfunksiyalı idman arenasının tikintisi üçün 4 il 3 ay müddət veriləcək. Qalibin bu il elan ediləcəyi halda inşaat işləri 2029-2030-cu illərdə başa çatdırılacaq.

Hazırda Gürcüstanın ən böyük stadionu təxminən 55 min tamaşaçı tutumuna malik Tbilisidəki Boris Payçadze adına “Dinamo Arena”dır./APA/

AzPost.az

Post navigation

Previous: Rusiya PUA-ları Moldova və Rumıniyanın hava məkanına girib
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53

xƏBƏR

top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
“Azərlotereya” ASC-yə məxsus olan “Misli” idman mərc oyunları (totalizator) və lotereya brendinin fəaliyyəti ilə bağlı şikayət daxil...
Read more about “Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar restoran qab-qacaq
  • Sosial

Qab-qacağı restorandakı kimi necə parıldatmaq olar? – Sadə üsullar

User 13 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.