Niderlandda nasist zabitlərinin əyləndiyi məclislə bağlı film görüntüləri tapılıb

Niderlandın Alkmaar şəhərinin arxivləri İkinci Dünya Müharibəsi zamanı Hotel Proot-da yüksək rütbəli nasist zabitlərinin qatıldığı məclisin unikal film yazısını əldə edib.

AzPost NL Times-a istindən xəbər verir ki, film paslı bir qutuda tapılıb və arxivə bağışlanıb.

Arxiv nümayəndəsi Yesse van Dijl bildirib ki, bu cür məclislərin video sübutlarının aşkarlanması unikaldır. O izah edib ki, Niderlandın azad edilməsindən əvvəl insanlar bu cür materialların işğalçılarla əlaqələrinin sübutu kimi onlara qarşı istifadə olunacağından qorxduqları üçün məhv edilib.

Görüntülərdə nasist zabitlərinin əyləndiyi, içki içdiyi, siqaret çəkdiyi və musiqi ifa etdiyi görünür. SS zabitləri, Vermaxt zabitləri və yüksək rütbəli dəniz zabiti, otel sahibi və işçi heyəti ilə birlikdə oradadır. Müharibə, Holokost və Soyqırım Tədqiqatları İnstitutunun (NIOD) tədqiqatçısı Harko Geisbers məclisin yüksək rütbəli SS zabitinin gəlişini şərəfləndirmək üçün keçirilə biləcəyini irəli sürüb. O, orada olanların şəxsiyyətlərinin müəyyən edildiyini bildirib.

Nəşr qeyd edir ki, otel sahibi müharibədən sonra sərt cəza alıb. Arxiv nümayəndələri aşkar edilmiş görüntüləri onun nəvələrinə göstəriblər. Oonlar da görüntülərin tarixi əhəmiyyətinə görə yayımlanması qərarını dəstəkləyiblər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.