Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

İrşad Electronics müştəriyə niyə 230 gün gecikmə yazıb?

Orkhan Ali 28 Noyabr 2025 - 09:40 (Last updated: 28 Noyabr 2025 - 09:35)
İrşad electronics

İrşad electronics

“İrşad Electronics”dən 2022-ci ildə kreditlə telefon götürmüş vətəndaş Qəmər Kərimova şirkətin ona qarşı haqsızlıq etdiyini bildirir. AzPost xəbər verir ki, onun sözlərinə görə, heç bir əsas olmadan adında 230 gün gecikmə göstərilib.

Şikayətçi deyir ki, ödənişlərində bəzən 2–3 günlük gecikmə olsa da, ümumilikdə belə böyük gecikmə heç vaxt olmayıb:
“Mənim 230 gün gecikməm ola bilməz. Buna baxmayaraq, haqsız yerə adımı borclu kimi göstəriblər. Şikayət edirəm, yenə eyni söz: ‘Sistem belə göstərir’.”

Qəmər Kərimovanın sözlərinə görə, əgər doğrudan da 230 gün gecikmə olsaydı, daim zənglər, bildirişlər və ünvanına məktublar göndərilərdi. Lakin onun belə bir halı olmayıb. Şirkətin təqdim etdiyi məlumata görə guya son ödənişi 150 gün gecikmə ilə 41 manat olub. Şikayətçi isə bunu tam absur­d hesab edir:
“Mənim aylıq ödənişim 59 manat idi. Necə ola bilər ki, 150 gün gecikməyə görə cərimə ilə birlikdə son ödənişim 41 manat göstərilir? Bu, açıq-aydın yanlışlıqdır və heç kəs səbəbini araşdırmır.”

O bildirir ki, şirkət məsələni araşdırmaqdan yayınır və xətanı düzəltmək üçün heç bir addım atmır:
“Səhvlərini düzəltmək əvəzinə yalnız ‘sistem belə göstərir’ deyib məsuliyyətdən qaçırlar.”

Nəticədə şikayətçi qeyd edir ki, 2022-ci ildə etmədiyi gecikməyə görə ona indi kredit verilmir. Qəmər Kərimova bildirir ki, şirkəti məhkəməyə verəcək və məsələ ilə bağlı Mərkəzi Banka da rəsmi müraciət edəcək.

AzPost.az

Post navigation

Previous: Bu günə olan valyuta məzənnələri
Next: “Ukrayna dənizə çıxışdan məhrum ola bilər” –

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.