Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Ukrayna ilə bağlı hələlik kompromis variantı tapılmayıb –

User 03 Dekabr 2025 - 08:09 (Last updated: 03 Dekabr 2025 - 08:09)
usakov

Moskva Trampın Ukrayna böhranının həlli ilə bağlı ilkin 28 bəndlik planından başqa əlavə olaraq daha dörd sənəd alıb.

Bunu Kremldə keçirilən danışıqların yekunu ilə bağlı danışan Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

O, bu əlavə dörd sənədin mahiyyətini açıqlaya bilmədiyini, lakin sənədlərin hamısının Ukraynadakı böhranın uzunmüddətli həllinə və sülhə aid olduğunu söyləyib.

Onun sözlərinə görə, görüş Ukrayna böhranının gələcək həlli yollarını müzakirə etmək üçün bir fürsət yaradıb.

Uşakov vurğulayıb ki, görüş zamanı konkret təkliflər deyil, ABŞ böhranın həlli planının mahiyyəti müzakirə edilib.

Kreml rəsmisi Putin və Uitkoffun gələcək iqtisadi əməkdaşlığın böyük perspektivlərini də müzakirə etdiklərini söyləyib.

“Əlbəttə ki, iki ölkə arasında gələcək iqtisadi əməkdaşlığın böyük perspektivləri müzakirə edildi. Yeri gəlmişkən, bu, əvvəlki görüşlərdə ətraflı müzakirə olunmuşdu. Lakin indi vurğulandı ki, bu barədə bir şey etməliyik. Əgər həqiqətən əməkdaşlıq etmək istəyiriksə və bunun üçün böyük imkanlar varsa, buna real istəyimizi nümayiş etdirməliyik”, – Uşakov deyib.

O həmçinin əlavə edib ki, Rusiya və ABŞ nümayəndələr və köməkçilər səviyyəsində əlaqələri davam etdirəcəklər. Putinlə Tramp arasında görüşün ehtimalı da məhz bu səviyyədəki irəliləyişdən asılıdır.

“Razılığa gəldik ki, amerikalılarla, xüsusən də Kremldə olan şəxslərlə nümayəndələr, köməkçilər və digər nümayəndələr səviyyəsində əlaqələri davam etdirəcəyik. Prezidentlər səviyyəsində mümkün görüşə gəldikdə isə, bu, köməkçilərimiz, nümayəndələrimiz və sair vasitəsilə israrla və inadla davam etdirəcəyimiz yolda hansı irəliləyişlərə nail ola biləcəyimizdən asılı olacaq”, – Kreml rəsmisi əlavə edib.

Putinin köməkçisi bundan başqa danışaqlarda konkret ərazi məsələsinin müzakirə olunub-olunmadığı ilə bağlı sualı belə cavablandırıb: “Bu məsələ müzakirə olunanlar arasında bizim üçün daha vacib olanıdır. Amerikalılar üçün də həmçinin. Hələlik kompromis variantı tapılmayıb. Lakin ABŞ-ın təklif etdiyi bir sıra variantlar az-çox məqbul görünür. Lakin onları müzakirə etmək lazımdır. Təklif olunan bir sıra variantlar bizə uyğun gəlmir. Bunların üzərində iş davam etdiriləcək”.

AzPost.az

Post navigation

Previous: Putin və Uitkoff danışıqlarının mahiyyətinin açıqlanmaması barədə razılığa gəlinib
Next: Antarktida üzərindəki ozon dəliyi qeyri-adi şəkildə tez bağlanıb

Oxşar xəbərlər

husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
putin zelenski
  • Dünya

Putin Zelenskiyə Moskvada görüş təklif etdi – “Təhlükəsizliyi təmin olunacaq”

User 27 Oktyabr 2026 - 20:29

xƏBƏR

husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Yəmən husiləri Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasına raket zərbəsi endirdiklərini bildiriblər. SABA agentliyinin məlumatına görə, hücum çərşənbə...
Read more about Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi bas aqrisi1
  • Sosial

Baş ağrısında bu əlamətlər təhlükəlidir – həkim rəyi

User 27 Oktyabr 2026 - 20:38
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.