Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı genişləndirilib.
Bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq qərar imzalayıb.
Sənədə əsasən, aşağıdakı dərman vasitələri də siyahıya əlavə edilib:
| 125. | Elapraza / Elaprase | Idursulfase | Takeda Pharmaceuticals |
| 126. | İmcivree / Imcivree | Setmelanotide | Rhythm Pharmaceutıcals
Netherlands B.V. |
| 127. | Aqamri / Agamree | Vamorolone | Santhera Pharmaceuticals
(Deutschland) GmbH / Catalyst Pharmaceutical Partners, Inc. |
Məlumat üçün bildirək ki, qərar dekabrın 2-də qəbul edilib, dekabrın 4-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, dekabrın 5-də qüvvəyə minəcək.